preloader gif

Dövlət sosial sığorta şəhadətnaməsinin ləğvinə dair qanun layihələri parlamentə tövsiyə olunub


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sigorta xeberleri, sığorta xəbərləri, siğorta bazari, sığorta bazarı, sigorta sirketleri, sığorta şirkətləri, sigorta, sığorta, sigorta yoxlanisi, sığorta yoxlanışı
10:08 25.03.2021

Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti onlayn iclasında iki məsələyə baxılıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, onlayn iclasda mahiyyət etibarı ilə bir-birini tamamlayan “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” qanunda dəyişiklik edilməsi (birinci oxunuş) və Əmək Məcəlləsində dəyişiklik edilməsi (birinci oxunuş) barədə qanun layihələrini Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin Əmək qanunvericiliyi sektorunun müdiri Ziya Qasımov təqdim edib.

Bildirib ki, ölkədə həyata keçirilən sosial islahatlar nəticəsində sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsində formalaşmış vahid sistemin fəaliyyəti müasir tələblər səviyyəsində təşkil olunub. Azərbaycan Prezidentinin 5 sentyabr 2018-ci il tarixli Sərəncamına əsasən yaradılan “e-sosial.az” internet portalı sayəsində bu gün hər bir vətəndaş özünə aid əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat növləri, torpaq-pay mülkiyyəti, əlillik, reabilitasiya, ödənilmiş məcburi dövlət sosial sığorta haqları və s. ilə bağlı məlumatları FİN nömrəsi ilə həmin internet portalı üzərindən əldə edə bilir. Bu da şəhadətnamələrin kağız daşıyıcıda verilməsinin aktuallığını aradan qaldırır.

Deputatların nəzərinə çatdırılıb ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” qanunda ümumilikdə 10 əlavə və dəyişiklik nəzərdə tutulur. Təklif olunan dəyişikliklər qəbul edildikdən sonra fərdi uçot sistemində proseslərin tam elektronlaşmasına mane olan hallar aradan qaldırılacaq, elektron pensiya sisteminin əhatə dairəsi genişlənəcək və qənaət edilmiş xərclər vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə yönəldiləcək. Əmək Məcəlləsinə təklif olunan redaktə xarakterli 3 əlavə və dəyişiklik də bu qanuna ediləcək dəyişikliklərdən qaynaqlanır.

Sonra iclasda iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Elnur Abbasov müzakirəyə çıxarılmış qanun layihələrini şərh edib.

Fikir mübadiləsinin yekununda komitədə baxılan məsələlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Onlayn iclasda Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Əmək və sosial siyasət komitəsi sədrinin müavini Məlahət İbrahimqızı və komitə üzvləri Əziz Ələkbərov, Aqil Məmmədov, Rauf Əliyev, Sevinc Hüseynova, İlham Məmmədov, Ziyad Səmədzadə, Səttar Möhbalıyev də iştirak ediblər.



Mənbə: Apa.az

 
 

SIĞORTANI İNDİ ƏLDƏ ET