09:48 18.03.2021
Azərbaycanda ilk dəfə tətbiq edilən dövlət dəstəyi ilə aqrar sığorta mexanizmi çərçivəsində əkinlərin sığortalanmasına həsr olunan video-çarx hazırlanıb.
Aqrar Sığorta Fondundan verilən məlumata görə, hazırda tam dövlət sığortası olan aqrar sığorta mexanizmi vasitəsilə 14 növ bitki və məhsulları sığortalamaq olar.
Bunlar – buğda, arpa, qarğıdalı, çəltik, kartof, şəkər çuğunduru, limon, naringi, portağal, üzüm, fındıq, pambıq, çay və tütündür.
Əkin sahələrinin aqrar sığortası üzrə sığorta tarifləri iqlim şəraiti və təbiət hadisələrinin tezliyindən asılı olaraq ölkənin müxtəlif regionları üzrə fərqlidir.
Bundan başqa, aqrar sığorta mexanizmi vasitəsilə tinglərin və ağac-kolların sığortası da mmükündür.
Mənbə: Fins.az
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.