preloader gif

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi”nin yığılmış zərəri 126 milyon manatı ötüb


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sigorta, sığorta, sığorta bazarı, sigorta bazari, sığorta şirkətləri, sigorta sirketleri, tibbi sigorta, tibbi sığorta,cbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
11:06 25.01.2021

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2019-cu ili 56.166 milyon manat zərərlə başa vurub. 2018-ci ildə isə Agentliyin zərəri 39.543 milyon manat təşkil etmişdir ki, bu da 2019-cu ildə zərərin 42% çoxalması deməkdir.

31 dekabr 2019-cu il tarixinə Agentliyin yığılmış zərəri 126.486 milyon manat olub.

Banker.az bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin maliyyə hesabatına istinadən xəbər verir.

2019-cu ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin gəlirləri  1.874 milyon manat, xidmətlərinin maya dəyəri 35.777 milyon manat, sair gəlirləri 323 min manat, ümumi və inzibati xərcləri 22.962 milyon manat, maliyyə gəlirləri 652 min manat, maliyyə xərcləri 181 min manat olub.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin cəmi aktivləri 174.167 milyon manat olub. Belə ki, Agentliyin cəmi aktivləri 2019-cu ildə 2.4 dəfə çoxalıb. 2018-ci ildə bu qurumun cəmi aktivləri 73.610 milyon manat təşkil edib.

2019-cu ildə Agentliyin cəmi öhdəlikləri 5.599 milyon manat (1.8 dəfə çox), cəmi kapitalı isə 168.667 milyon manat (2.4 dəfə çox) təşkil edib.

Mənbə: Banker.az

SIĞORTANI İNDİ ƏLDƏ ET