preloader gif

Türkiyə Sığorta Birliyinin sədri: Bu sahəyə yatırılan investisiya sığortaya olan tələbi artırır - AÇIQLAMA


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sigorta, sığorta, sığorta bazarı, sigorta bazari, sığorta şirkətləri, sigorta sirketleri,sigorta odenisleri, sığorta ödənişləri
12:49 22.01.2021

"Bərpa olunan enerji mənbələrinə yönələn investisiyaların artması, qloballaşan investor profili ilə birlikdə risk idarəetməsi anlayışının güclənməsi və xüsusilə də investisiya qoyuluşlarında kreditorun sığorta müqaviləsi tələbinin bir şərt kimi formalaşması bu sahədə sığortaya olan tələbi artırır".

Bunu Türkiyə Sığorta Birliyinin sədri Atilla Benli deyib. Bu barədə Siqortaci məlumat yayıb.

Onun sözlərinə görə, enerji istehsalı və istehlak vərdişlərinin davamlılığı və iqlim dəyişikliyinin təsirlərinin azaldılması kimi məsələlərdə hər kəs məsuliyyət daşıyır:

"Sığorta sektoru olaraq ölkəmizin hər sektorda inkişafı üçün var gücümüzlə çalışırıq. Heç şübhəsiz, enerji sektoruna yönələn kapital da milli gəlirdən məşğulluğa, yatırım sahələrindən ictimai faktorlara, enerji təchizatı təhlükəsizliyindən qaynaqların şaxələndirilməsinə qədər bir çox sahələr üçün çox vacibdir. Enerji istehsalı və istehlak vərdişlərinin davamlılığı və iqlim dəyişikliyinin təsirlərinin azaldılması kimi məsələlərdə hər kəs məsuliyyət daşıyır. Bu məsələ də tərəfimizdən prioritet istiqamət hesab olunan və müvafiq istiqamətdə investisiya təşviqi həyata keçirilir. Bu çərçivədə biz də sığorta sektoru olaraq investisiyalara dəstək vermək yönündə üzərimizə düşəni edirik.

Yenilikçi məhsullarla bu sahədəki ehtiyacları qarşılamaq və xüsusilə bərpa olunan enerji yatırımlarını dəstəkləmək üçün səylərimizi davam etdiririk."

Mənbə: Fins.az

SIĞORTANI İNDİ ƏLDƏ ET