preloader gif

Bu sığorta şirkəti İcbari Sığorta Bürosunun iştirakçı sığortaçıların reyestrinə daxil edildi


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sigorta, sığorta, sığorta bazarı, sigorta bazari, sığorta şirkətləri, sigorta sirketleri,sigorta odenisleri, sığorta ödənişləri
09:48 19.01.2021

Bakı Sığorta” Açıq Səhimdar Cəmiyyətinə (ASC) Daşınmaz əmlakın icbari sığortası, Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası, Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, növləri üzrə sığorta fəaliyyəti göstərilməsi üçün nəzarət orqanı tərəfindən müvafiq icazə verilmişdir.

“Bakı Sığorta” ASC  İcbari Sığorta Bürosuna (İSB) müraciət edərək, iştirakçı üzv olmaq məqsədilə “İcbari Sığortalar Haqqında” Qanunun 28-ci maddələrinin tələblərini yerinə yetirmiş və bunun əsasında da 25 dekabr 2020-ci il tarixdə  34 № ilə İSB-nin iştirakçı sığortaçıların reyestrinə daxil edilmişdir.

Beləliklə, “Bakı Sığorta” ASC-nin fəaliyyətinə icazə verilmiş icbari sığorta növləri üzrə sığorta şəhadətnamələrinin buraxılması məqsədilə Büronun elektron informasiya sisteminə qoşulması təmin edilmişdir. 

Qeyd edək ki, iştirakçı sığortaçı ilə İSB arasındakı qarşılıqlı münasibətlər, o cümlədən sığortaçının Büronun fəaliyyətindəki iştirakı, onun qarşısındakı hesabatlılığı, məlumatların təqdim edilməsi və digər məsələlər Büronun nizamnaməsinə uyğun olaraq aparılacaqdır.

Xatırladaq ki, icbari sığorta növləri üzrə fəaliyyət müvafiq qanun ilə tənzimlənir. Sığorta şirkətləri yalnız müvafiq lisenziya aldıqdan sonra bu fəaliyyət növü ilə məşğul ola bilərlər. 

Mənbə:Fins.az

SIĞORTANI İNDİ ƏLDƏ ET