building
Şirkət

Qala Həyat Sığorta

user
Sədr

Talıbov Anar Talıb oğlu

user
Lisenziya

000970

briefcase
Vöen

2001269471

map
Ünvan

AZ1065,Azərbaycan,Bakı şəhəri,İzmir küç.,5a

call
Nömrə 1540
sms
Elektron Ünvan [email protected]

Təsvir

“Qala Həyat” Sığorta Şirkəti Azərbaycan əhalisinə həyat sığortası üzrə xidmətlərini təklif etmək məqsədilə fəaliyyət göstərir. Şirkətin yaradılması “Azərbaycanda vətəndaşların sosial müdafiəsinə yönəlmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunun imzalanması ərəfəsinə təsadüf edib.

Həyat sığortası şəxsin ölümü, xəstəliyi və əmək qabiliyyətini itirməsi ilə bağlı Sığorta ödənişinin birdəfəlik və ya dövri ödənişlər formasında ödənilməsini nəzərdə tutan sığorta növlərini əhatə edən sığorta sahəsidir. Həyat sığortası sığorta obyektinə görə şəxsi sığortaya aid olan aşağıdakı sığorta siniflərini özündə birləşdirir:

həyatın ölüm halından sığortası;

həyatın yaşam sığortası;

annuitet sığortası; 

əmək qabiliyyətinin itirilməsi hallarından sığorta;

sağalmaz xəstəliklərdən sığorta.

 

“Qala Həyat” Sığorta Şirkəti 13 041 600 manat nizamnamə kapitalına malik olan həyat sığortası şirkətidir və əsas səhmdarı aktivlərinə görə ölkədə ən iri sığorta qurumu olan “AzRe Təkrarsığorta” ASC-dir.

İri nizamnamə kapitalı ilə sığorta bazarına qədəm qoymuş “Qala Həyat” Sığorta şirkətinin əsas qayəsi Azərbayacan xalqına etibarlı həyat sığorta məhsulları ilə xidmət göstərməkdir. Dünyanın inkişaf etmiş dövlətlərinin hamısında həyat sığorta əhalinin işləyən təbəqəsinin ən vacib sosial haqlarından biri sayılır. Regionda söz sahibi olan və iqtisadi göstəricilərinə görə keçmiş sovet məkanında sürətli templərlə inkişaf edən, iri regional layihələrə imza atan Azərbaycan dövləti də əhalinin əsas sosial haqlarının qorunmasına böyük diqqət ayırır. Bu məqsədlə də Azərbaycanda vətəndaşların sosial müdafiəsinə yönəlmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” yeni qanun imzalandı. “Qala Həyat” Sığorta Şirkətinin əsas fəaliyyət istiqaməti həyat sığorta paketlərini təqdim etməklə xalqımıza güvənli və etibarlı xidmət göstərməkdir.

Hazırda şirkətimiz həyat sığortası üzrə xidmətlər göstərir. Şirkətimizin prioritet xidmətləri könüllü və icbari sığorta növləri üzrə sığorta məhsullarını təklif edir.

Təsis edildiyi gündən öz fəaliyyətini yüksək xidmət keyfiyyətini təmin edən beynəlxalq idarəetmə sistemi və standartları əsasında quran “Qala Həyat” Sığorta Şirkəti sığorta sahəsində təcrübəyə malik peşəkarlardan ibarət komandaya sahibdir. Şirkət fəaliyyətini müştərilərə fərdi yanaşma və onların maraqlarını tam nəzərə alan prinsiplər əsasında qurur. Məhsullarımızı və xidmətlərimizi xalqın bütün təbəqələrinə yaymaq və onların güvənc yeri olmaq istəyirik.

Şirkət rəyləri

Mövzu: icbari sığorta

star

QALA HƏYAT SIĞORTA XÜSUSƏNDƏ KURATORUMUZ AMİL JALİLOVA OPERATİV İCBARİ SIĞORTA PROSESİ ÜÇÜN TƏŞƏKKÜRLƏR. XİDMƏT YÜKSƏK KEYFİYYƏT VƏ QISA MÜDDƏT ƏRZİNDƏ TAM ŞƏFFAF OLARAQ HƏYATA KEÇİRİLİR.SƏNƏDLƏR ZAMANINDA TƏHVİL VERİLİR.

Status : Təsdiqlənib

date

14:20 07.06.2019

Mövzu: Cəlilov Amil Haqqında

star

Salam nəzərinizə çatdırmaq istərdik ki,Qala Həyat Sığorta Şirkəti və Polatyol Yapı Sanayi ve Ticaret Anonim şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında bağlanmış 15.02.2011-ci ildə 00005701 ( № 00455/11) nömrəli müqaviləyə əsasən 15.02.2011-ci ildən hal-hazıradək Qala Həyat Sığorta şirkəti ilə əməkdaşlıq edirik.Əməkdaşlıq etdiyimiz müddət ərzində sizin şirkətin satış üzrə departament müdiri olan Cəlilov Amil bəylə şirkətimiz arasında baş tutan bütün resmi sənədləşmələr vaxtı vaxtında yerinə yetirilmişdir.Göstərilənləri nəzərə alaraq sizin şirkətinizə və onun timsalında Amil bəyə etibarlı əməkdaşlıq üçün dərin təşşəkkür və ehtiramımızı bildiririk.Hörmətlə Polatyol Yapı Sanayi və Ticarət Anonim Şirkətinin Sığorta işləri üzrə müdiri Əliyev Nurlan.

Status : Təsdiqlənib

date

12:36 07.06.2019

Mövzu: icbari həyat sigortası

star

Qala Həyat Sığorta şirkətindən işçilərin icbari həyat sığortası növü üzrə muqavilə bağlanılıb. Şirkətin muştəriyə göstərdiyi xidmətdən raziyam. Muqaviləni əməkdaşlar tez bir zamanda hazır ebib təqdim etdilər.

Status : Təsdiqlənib

date

12:57 10.12.2018

Mövzu: Sığorta ödənişi

star +3

Sığorta ödənişini tam vaxtında ödəyirlər

Status : Təsdiqlənib

date

11:03 06.12.2018

Mövzu: Işçilərin icbari sığortası

star

İlk dəfə 2014 cü ilin aprel ayında baş mühasibi olduğum "GESCO" ASC -nin işçilərinin bu sığorta şirkətində icbari sığortasını etdirmişəm. Bizə göstərdikləri yüksək səviyyədə və operativ xidmətdən çox razı qaldıq deyə , sonradan işlədiyim bütün şirkətlərdə işçiıərin içbari sığortasını məhz "Qala Həyat Sığorta"da etdirmişəm. Yəni, 2015-ci ilin iyun ayında "MR Qrup" MMC, 2017-ci ilin may ayında "Alyans Trans" MMC və sonda "AgroLand Az" MMC-nin işçilərinin icbari sığortasını məhz "Qala Həyat Sığorta" şirkətində etdirmişik. Bu sığorta şirkətinə işlərində müvəffəqiyyətlər arzu edirəm və xidmətlətinin həmişə bu cür yüksək səviyyədə qalmalarını diləyirik!

Status : Təsdiqlənib

date

22:31 29.11.2018