Feedback List
Xidmətimizdən razı qaldınızsa bizdən danışın!
Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!
Оценка
+3
Подтверждено
Axa Mbask Sığorta
Hörmətli müştəri, AXA MBASK sığorta şirkətində“Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta” şəhadətnaməsi ilə sığortalanmış avtomobil 26.08.2018-ci il tarixində Sizin idarə etdiyiniz avtomobilə maddi zərər yetirmişdir.Hadisə zamanı AXA MBASK Sığorta Şirkətinin nümayəndəsi hadisə yerində olmuş və hadisəni qeydə almışdır, lakin Siz digər sığorta şirkətinə müraciət etdiniz,sonradan oktyabr ayında Siz AXA MBASK Sığorta Şirkətinə müraciət etdiyiniz zaman avtmobiliniz artıq təmir olunmuşdu. İcbari Sığortalar Haqqında AR-nın Qanunun 16.2. bəndində uyğun olaraq Sizin Toyota RAV 4 markalı avtomobiliniz Group Assist MMC tərəfindən qiymətləndirmə nəticəsində 3000 manat məbləğində müəyyən edilmişdir. Hesablanmış məbləğ artıq avtomobilinizi təmir etdiyiniz üçün bank hesabınıza köçürülə bilər. Nəzərinizə çatdırmaq istərdik ki, müəyyən edilmiş zərər məbləği ilə razı olmadığınız halda, “AXA MBASK” ASC Sizin yazılı razılığınızla dəymiş zərərin sığorta sahəsində yardımçı fəaliyyət göstərən müstəqil ekspert tərəfindən qiymətləndirilməsini təşkil etməyə hazırdır.
2018-11-15 15:10:18
Администратор портала
Hörmətli Müştəri! Rəy bildirdiyinizə görə sizə minnətdarlığımızı bildiririk. Lakin şirkət tərəfindən həyata keçirilən qiymətləndirmə dəymiş zərərə uyğun olduğu üçün qaydalara əsasən, reytinq balını -3 olaraq deyil, 0 olaraq qəbul edirik. Hörmətlə, Azərbaycan Sığortaçılar Assosiasiyası
2018-11-15 15:10:18