On this page, you can see reviews written about various insurance companies. You can also rate
and leave a comment.
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.
PAŞA Sığorta
Subject: Daha oradan sığorta almayacam
Çox təsüf ki, artıq Paşa adından istifadə edən bir şirkət belə, artıq müştərisinə saymamazlıq və biganəlik nümayiş etdirməkdə iddialıların siyahısına əlavə olunur. Deməli, illərlə bu şirkətin hesabına CASCO sığortası üzrə ödəniş edən bir müştəri kimi, artıq 4 aydır ki, mənim 250 azn öncə səslənən ödənişimi, sonra isə 220 azn olan pulu ödəməkdə min cür bəhanə gətirib, ödəniş etmirlər. Hələ, ağılsızlıq edib, yeni müqavilə də imzaladım və ödəniş etdim. İndi o müqaviləmə xitam verirəm və digər şirkətin sığorta məhsulundan istifadə edəcəm. Məncə, "Agile" olmaqdan öncə ilk olaraq müştərinizin qayğısına qalsanız, sizin üçün də daha yaxşı olar.
Status : Confirmed
11:38 06.10.2022