On this page, you can see reviews written about various insurance companies. You can also rate
and leave a comment.
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.
Atəşgah Sığorta
Subject: Şikayət
Salam. Nəzərinizə çatdırmaq istəyirəm ki, 11.07.2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində Atəşgah sığorta şirkəti tərəfindən icbari sığortalanmış 90 ND 360 dövlət nömrə nişanlı Mersedes markalı avtomobilin sürücüsü tərəfində yol nəqliyyat hadisəsi törədilərək 2018-ci ilin istehsalı olan (yürüşü cəmi 20 000 olan) 99 TD 679 dövlət nömrə nişanlı Hyundai Tucson markalı minik avtomobilinin iki qapısı və bir ədəd stoykası əzilərək maddi ziyan dəymişdir. Xahiş edirəm onu da nəzərə alasınız ki, yuxarıda qeyd olunan avtomobil “Hyundai” markasının Azərbaycandakı rəsmi distribyutoru olan “Auto Azərbaycan” şirkətində 5 illik rəsmi zəmanətlə alınmışdır. İlkin olaraq Hyundai Tucson markalı minik avtomobilinə dəymiş maddi ziyan Atəşgah sığorta şirkəti tərəfindən 250,00 AZN məbləğində hesablanmışdır. Bu məbləğə avtomobilin bərpa edilməsi qeyri mümkün olduğu tərəfimizdən bildirildikdən sonra hesablanmış məbləğ 540,00 AZN təyin olunmuşdur. Onu da nəzərinizə çatdırmaq istəyirəm ki, təkcə 1 ədəd yeni qapının dəyəri 980,00 AZN-dir. Sizdən avtomobilin yeni olmasını nəzərə alaraq (hətt bir ədəd də olsun cızığı yoxdur) yenidən dəymiş ziyanın məbləğinin hesablanması üçün ekspertiziya təyin olunmasına və boyaya zərər dəymədən PDR texnologiyası ilə təmir olunmasına dəstək olmanızı xahiş edirəm.
Status : Resolved
13:22 12.10.2020
Atəşgah Sığorta
Hər vaxtınız xeyir! Zəhmət olmasa məsələni araşdırıb sizə məlumat verməyimiz üçün əlaqə nömrənizi qeyd edərdniz. Öncədən təşəkkürlər!
2020-10-29 15:59:06