On this page, you can see reviews written about various insurance companies. You can also rate
and leave a comment.
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.
Atəşgah Sığorta
Subject: Fırıldaqçılıq,süründürməçilik və dələduzluq
Bildirmək istəyirəm ki, 21 mart 2019-cu il tarixdə idarə etdiyim "Nissan SUNNY" markalı 90DL848 dövlət nömrə nişanlı avtomobili Zeynal Zeynalov idarə etdiyi "Mersedes" markalı 90NS172 nömrəli maşınla vurmuş, nəticədə avtomobilimə ciddi ziyan dəymiş və salonda olan 3 nəfər ailə üzvü kəllə-beyin travması almışdır. Bu hadisə videoregistor vasitəsilə çəkilmişdir. Hadisə yerinə gələn "Atəşgahsığorta" şirkətinin KAMİL adlı qəza komissarı açıq-aşkar Zeynal Zeynalova hadisəni törətdiyini boynuna almamağı tələb edərək dələduzluq etmiş,özünün qeyri-qanuni tərtib etdiyi sənədə imza etmədiyi üçün mənə hədə-qorxu gəlmişdir. Hadisə ilə bağlı Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə və müstəntiqin Qərarına əsasən Zeynal Zeynalovun Yol hərəkəti haqqında Qanunun 42-ci maddəsinin 1-ci və İXM-nin 327.8-ci maddəsinin tələblərini pozaraq hadisəni törətdiyi sübuta yetirilmişdir. İcbari Sığorta Haqqında Qanunun 17-ci maddəsində göstərilən sənədləri rəsmi qaydada 21.06.2019-cu il tarixdə "Atəşgahsığorta" şirkətinə təqdim edilmişdir. Həmin Qanunun 18-ci maddəsinə əsasən 7 iş günü ərzində sığorta ödənişi verməli olduqları halda, məni prokurorluq orqanları ilə tutduracaqları ilə hədələyərək sığorta ödənişini almaqdan imtina etməyi tələb etmişlər və uzun müddətdir ki, əsassız olaraq süründürməçiliyə yol verirlər.
Status : Confirmed
02:30 11.07.2019