Şirkətlər barədə rəy bildirərkən konkret hal göstərilməlidir. Yəni rəy sığorta hadisəsi və ya sığorta əldə etmə prosesinə və istənilən digər konkret məsələyə aid olmalıdır.
Verilmiş olan rəydə konkret hal göstərilmədiyi təqdirdə, insure.az portalı verilmiş balı dəyişdirmə hüququna malikdir.
Verilmiş rəy insure.az portal tərəfindən sığorta şirkəti ilə yoxlanıldıqdan və həqiqətə uyğun olduğu müəyyən edildikdən sonra statusu “təsdiqlənib” olaraq dəyişdirilir.
Verilmiş rəydə qeyd olunan problem sığorta şirkəti tərəfindən həll edildiyi təqdirdə status “həll edilib” olaraq dəyişdirilir.
Nalayiq ifadələr yer alan və təkrar yerləşdirilən rəylər dərhal portaldan silinir.
Digər bütün rəylər təsdiqini tapıb-tapmamasından asılı olmayaraq saytda saxlanılır, lakin təsdiqini tapmayan rəylər üzrə ballar reytinqdə hesablanmır.
Şikayətim sığorta ödənişi ilə bağlıdır. Atəşgah sığortanın Cəlil Məmmədquluzadə ofisində mənə AzərtürkBank-ın kartını verdilər. 13 Martda dəymiş zərər 1768 AZN-lə razılaşma olub. 1768 AZN əvəzinə 1138 AZN ödəniş olub. Hadisə 31 yanvar 2019-da Aeroport yolunda olub, Mənim maşınım 2 aydır ki cərimə meydançasında qalıb, mən sığorta ödənişini gözləyirəm ki təmir elətdirim bayramda, o da belə! Mən sığortanı Atəşgahda etdirmək istəyirdim, artıq fikrimdən daşındım. İş yoldaşlarıma da bu şirkətə müraciət etməməyi deyəcəm.