On this page, you can see reviews written about various insurance companies. You can also rate
and leave a comment.
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.
Dövlət Sığorta Şirkəti
Subject: Ödəniş edilməyib
Salam. 2 Yanvar 2019-cu il tarixində Şirvan şəhərində mənə məxsus 18-BE-839 DQN-li 06 markalı avtomobilimə Dövlət Sığorta Şirkətində sığortalanmış 49-BC-461 DQN-lı 06 markalı avtomobil tərəfindən zərər yetirilib. Hadisə ilə bağlı sığorta şirkətinə müraciət edilib və zərər aktında 480 AZN zərər olduğu barədə qeyd olunub. Ancaq 250 AZN ödəniş edilməyib. Bununla bağlı sığorta şirkətinə dəfələrlə müraciət etsəm də, təmin olunmayıb. Xahiş edirəm araşdırılsın. Əlaqə nömrəsi - 0707110013 Fəxrəddin.
Status : Confirmed
11:19 19.02.2019
Dövlət Sığorta Şirkəti
Salam Sizin 19 Fevral 2019-cu il tarixli məktubunuza cavab olaraq bildiririk ki, vətəndaş Şahgəldiyev Fəxrəddin Allahqulu uğluna məxsus VAZ 2106 markalı, AZ 18-BE-839 Dövlət nömrə nişanlı avtomobilin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi ilə əlaqədar 259 ( iki yüz əlli doqquz ) manat sığorta ödənişi hesablanmış və 08 fevral 2019-cu il tarixli AKT-0181 saylı sərəncamla təsdiq edilmişdir. Hesablamış 259 ( iki yüz əlli doqquz ) manat sığorta ödənişi məbləğinə VAZ 2106 markalı, 18 BE 839 Dövlət nömrə nişanlı avtomobilin tam təmir olunması mümkündür.
2019-03-06 11:45:39