On this page, you can see reviews written about various insurance companies. You can also rate
and leave a comment.
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.
Atəşgah Sığorta
Subject: problem həll olundu
28.10.2018-ci il tarixdə 90CG936 nömrəli avtomaşın Porshe Cayenne S markalı 90TT575 qeydiyyat nişanlı avtomaşının arxa bamperinin zədələmişdi. Porshe markalı avtomobilin sahibi avtomobilin yalnız ixyisaslaşmış servis mərkəzində təmir olunmasını təkid edərək Porshe Servis tərəfindən zərərin qiyməti 4275 AZN məbləğində qiymətləndirilmişdir. Bununla əlaqədar "Atəşgah" sığorta şirkətinə müraciət etdikdə şirkətdən bildirilmişdir ki, zərərin məbləği öz qiymətləndiriciləri tərəfindən müəyyən olunmaqla təmir işləri əməkdaşlıq etdikləri ustalar tərəfindən aparılacaq. Hesab edirəm ki, bu düzgün yanaşma deyil. Belə ki, avtomobilin hər hansı bir yerdə deyil, məhz istehsalçı Porshe şirkəti tərəfindən belə işlərin görülməsinə səlahiyyət verilmiş, əməkdaşları müvafiq treninqlərdə iştirak etmiş ixtisaslı servis tərəfindən aparılıması daha düzgün olardı. O cümlədən sığorta ödənişinin məbləği də Porshe servisin mütəxəssisləri tərəfindən müəyyən edilməlidir. Mənə qiymətləndirmə şöbəsində izah olundu ki icbari sığorta qanunvericiliyinde rəsmi servis anlayişi yoxdur məndə verilən məbləğlə razılaşdım Atəşgah sigortadan raziyam işinizdə uğurlar.
Status : Confirmed
14:28 23.11.2018
Atəşgah Sığorta
Hörmətli müştəri, rəy bildirdiyinizə görə təşəkkür edirik
2018-12-03 15:06:08
Portal administrator
Hörmətli Müştəri! Rəy bildirdiyinizə görə sizə minnətdarlığımızı bildiririk. Lakin verdiyiniz rəy öz təsdiqini tapmadığı üçün, qaydalara əsasən, reytinq balını +3 olaraq deyil, 0 olaraq qəbul edirik. Hörmətlə, Azərbaycan Sığortaçılar Assosiasiyası
2018-12-03 15:06:08