Company reviews

On this page, you can see reviews written about various insurance companies. You can also rate
and leave a comment.

Atəşgah Sığorta

Atəşgah Sığorta

star +1

Subject: Avtonəqliyyatla qəza

Salam,mən, Fuad Əhmədzadə, 29 oktyabr saat 10 radələrində Yasamal rayonu General Həmidov küçəsində öz Hyundai Sonata 2008 avtomobilimlə (DQN: 90 ED 847) hərəkətdə olarkən yolun sol tərəfindən-dayanacaqdan geriyə hərəkət edən Nissan X-trail (DQN: 90 CB 081) avtomobili ilə toqquşdum. Hadisə nəticəsində avtomobilimin sol ön və arxa qapısı, sol-arxa qanadı, sol arxa təkəri və arxa buferi ciddi zərər görmüşdür. Hadisə sonrasında Atəşgah sığortanın əməkdaşı yaxınlaşmış, lazımi sənədləşməni aparmışdır. Növbəti mərhələdə zərərin qiymətləndirilməsi üçün Hövsandakı servisə yaxınlaşdım. Bu gün əlaqə saxlayaraq zərər məbləği olaraq 620.00 AZN hesablanıldığı bildirildi. Şikayətim ondan ibarətdir ki, hesablanan məbləğ (sığorta əməkdaşına baxış zamanı da bildirmişdim) təmir üçün kifayət deyil. Nəzərə alsaq ki, avtomobilin sol arxa qapısı tam sıradan çıxmış və yenilənməlidir və yenilənmə üçün təkcə yeni qapı 480 AZN (ikinci əl 300 AZN) təşkil edir, digər xərclərə isə əlavə məbləğ tələb olunur. Xahiş edirəm zərər üçün qiymətləndirilmiş məbləğ artırılsın. Təşəkkürlər

Status : Confirmed

date

16:49 15.11.2018

Atəşgah Sığorta

Hər vaxtınız xeyir! Qeyd olunan şikayətlə əlaqədar bildirmək istərdik ki, zərərçəkənə tənzimlənmə prosesi nəticəsində qiymətləndirmə məbləği həcmində ödəniş edilmişdir. Məbləğlə razılaşmadığı halda avtomobili servisə təqdim etməyi izah olunmuşdur. Bununla bağlı müvafiq rəsmi məktub də göndəriləcək.

date

2018-12-03 12:31:56