On this page, you can see reviews written about various insurance companies. You can also rate
and leave a comment.
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.
Ata Sığorta
Subject: Ödənişin gecikdirilməsi
9 Sentyabr 2018-ci il tarixində aeroport yolu hərəkətsiz (dayandırılmış) olduğundan və maşınımı arxaya verib yol kənarına çəkmək istədikdə arxada olan 10 LG 800 dövlət nişanı olan avtomobilə bilmədən dəydim və o n'qliyyat vasit'sin' maddi zərər dəydi. Bununla əlaqəli lazım olan aidiyyatı üzrə protokollar həm sığorta şirkətləri və həm də yol polisi tərəfdən toplanmışdır və 11 Sentyabr 2018-ci il tarixində günahkar olduğumu DYP-də mənə bildirdilər. ATA Sigorta quvvede olan İcbari Sogortamdir. Suruculuk vesigem Xaricden alinib deye menden xarici pasport suretini isteyirler . İcbari Sigorta menim xarici pasportum olsa da olmasa da olke daxilinde menim zerer vermis oldugum neqliyyat vasitelerini 5000 AZN-dek xercini qarsilamali deyil? Men zerercekmis ile aramizda Sigortadan alinmis bir kagiz imzaladiq ve orada menim gunahkar oldugum bildirlib. Amma hələdə Ata Sığorta tərəfindən ödəniş həyata keçirilmir və zənglərədə cavab verilmir. Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq mənə bu işdə dəstək olmanızı xahiş edirəm
Status : Resolved
15:38 16.10.2018
Ata Sığorta
Hörmətli müştəri, Məlumat üçün diqqətinizə çatdırmaq istəyirəm ki, bəhs olunan hadisə zamanı Cəmiyyətimizdə sığortalanmış avtomobili idarə edən şəxs nəqliyyat vasitəsini xarici ölkənin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi əsasında idarə etmişdir. Hadisə SHTD tərəfindən yol-nəqliyyat hadisəsi iştitakçılarının tərtib etdiyi protokol əsasında sənədləşdirmiş və Hüquq Departamentinə göndərilmişdir. Bundan sonra tərəfimizdən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun mövcud olub-olmamasının dəqiqləşdirilməsi üçün ondan ümumvətəndaş pasportu (xarici pasport) tələb edilmişdir. Sənədlər əsasında sürücünün Azərbaycan Respublikasına 25.11.2017-ci ildə qayıtdığı və 1 ay ərzində sürücülük vəsiqəsi almalı olduğu halda 16.09.2018-ci il tarixədək sürücülük vəsiqəsini dəyişmədiyi müəyyən olunmuşdur. Belə olan halda Cəmiyyətimizin subroqasiya hüququnun təmin edilməsi üçün hadisə ilə bağlı səlahiyyətli orqanın hadisəni təsdiq edən sənədlərinin (Forma 4 və s.) təqdim edilməsi tələb edilmişdir.
2018-10-31 15:39:04
Portal administrator
Hörmətli müştəri! Rəy bildirdiyinizə görə sizə minnətdarlığımızı bildiririk. Lakin qeyd olunan məsələdə, müvafiq sığorta şirkəti qanunvericliyə uyğun olaraq sığorta ödənişini həyata keçirmişdir. Qaydalara uyğun olaraq reytinq balını -3 olaraq deyil 0 olaraq qəbul edirik. Hörmətlə, Azərbaycan Sığortaçılar Assosiasiyası
2018-10-31 15:39:04