On this page, you can see reviews written about various insurance companies. You can also rate
and leave a comment.
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.
Atəşgah Sığorta
Subject: sikayet
salam texmini 20-25 gun bundan evvel menim avtomobilimi diger avtomobil arxa hissesinden vurub.atesgah sigorta 300 manat qiymet cixardi ve men temir etmelerini isdedim.meni bir nece aftoservise gonderdi.avtomobilim vinnille vinillendiyi ucun mene sgorta sirketinden bildirdilerki vinili tapa bilmirik ve size 500 manat odeye bilerik.mende onlara vinilin hansi sirket terefinden getirdiylerini bildirdim ve mene didiler biz bir sene gore vinil alasi deyilik.umud ediremki ASA olaraq mene bu isde komeklik gosdereceksiz.evvelceden tesekkurumu bildirirem.99-ku-366.elaqe.0702152525
Status : Resolved
12:53 12.10.2018
Atəşgah Sığorta
"Qeyd olunan şikayətlə əlaqədar bildirmək istərdik ki, vətəndaş Sudef Xəlilova məxsus 99 KU 366 dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərərin qiymətləndirməsi zamanı zərərçəkən ona təklif olunan məbləğlə razılaşmadığı üçün işə müstəqil ekspert cəlb olunmuşdur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: “Maddə 16. Zərərin müəyyənləşdirilməsi 16.1. Sığorta hadisəsi nəticəsində dövlət və bələdiyyə əmlakına dəyən zərərin məcburi qiymətləndirilməsi sığortaçı tərəfindən təmin edilməlidir.[27] 16.2. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır”. 22.1. Sığortalının aşağıdakı hüquqları vardır: 22.1.3. əmlaka və ya sağlamlığa dəymiş zərərin məbləğini müəyyənləşdirmək məqsədi ilə “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 95.3-cü maddəsində nəzərdə tutulmuş reyestrə daxil edilmiş hər hansı müstəqil ekspertin xidmətlərindən istifadə etmək;[40] 22.1.4. sığortaçı və ya müstəqil ekspert tərəfindən dəymiş zərərin miqdarının və sığorta ödənişinin məbləğinin müəyyən edilməsinin nəticələri ilə tanış olmaq; Maddə 24. Zərərçəkənin hüquqları 24.1. Zərərçəkənin aşağıdakı hüquqları vardır: 24.1.4. müvafiq hallarda, o cümlədən sağlamlığa və (və ya) əmlaka dəyən zərərin sığortaçı tərəfindən müəyyənləşdirilmiş həcmi ilə razılaşmadıqda, bu məqsədlə müstəqil ekspertin təyin edilməsini tələb etmək; 24.1.6. sığortaçının sığorta ödənişindən imtina barədə qərarından, zərərin müəyyənləşdirilməsi ilə bağlı müstəqil ekspertin təyin edilməsi tələbinin sığortaçı tərəfindən yerinə yetirilməməsindən və ya sığorta ödənişinin məbləği ilə razılaşmadığı halda maliyyə bazarlarına nəzarət orqanına və məhkəməyə şikayət etmək;” Nəticədə şikayətçi müstəqil ekspertin verdiyi qiymətləndirmə məbləği ilə - 612.5 AZN (altı yüz on iki manat əlli qəpik) sığorta ödənişi ilə razılaşmışdır.
2018-10-31 15:30:18
Portal administrator
Hörmətli müştəri! Rəy bildirdiyinizə görə sizə minnətdarlığımızı bildiririk. Lakin qeyd olunan məsələdə, sığorta ödənişi ilə bağlı ikitərəfli razılıq əldə olunduğuna görə, reytinq balını -3 olaraq deyil -1 olaraq qəbul edirik. Hörmətlə, Azərbaycan Sığortaçılar Assosiasiyası
2018-10-31 15:30:18