2.8
Ata Sığorta
Əliyev Seymur
000300
1400094571
AZ1007, Bakı, Azadliq pr. 124
AtaSığorta ASC 2004-cü il iyul ayının 21-də rəsmi dövlət qeydiyyatından keçib və həmin ilin sentyabr ayının 3-dən etibarən tam lisenziyalı sığorta fəaliyyətini həyata keçirir.
Təsisçisinin (səhmdarı) AtaHolding MMC olduğu şirkətin ödənilmiş nizamnamə kapitalı 15 950 000 AZN təşkil edir.
Şirkət, fəaliyyətinin əsas prinsipi kimi fiziki və hüquqi şəxslər üçün effektiv sığorta layihələri hazırlayır və inkişaf etdirir. AtaSığorta, müştərilərinin bütün mümkün və sığortalana biləcək risklərinə maksimum təminat verir.
AtaSığorta şirkəti 30 növ : 26 könüllü və 4 icbari növlər üzrə sığorta xidmətləri təqdim edir. Şirkətin təqdim etdiyi əsas sığorta növləri arasında əmlak sığortası, nəqliyyat vasitələrinin sığortası, nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari və könüllü sığortası, sürücü və sərnişinlərin bədbəxt hadisələrdən sığortası, üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası, yüklərin sığortası, inşaat sığortası, işəgötürənin məsuliyyətinin sığortası, tibbi sığorta, fərdi qəza sığortası, bank və bank fəaliyyətinin sığortası və s. vardır.
Şirkət, partnyorları və müştəriləri qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsindən, sahib olduğu sığorta xidmətləri portfelindən, əhəmiyyətli həcmdə sığorta rezervlərindən, praktiki iş təcrübəsi və peşəkar personaldan asılıdır.
Bank “BTB” ASC, Azərbaycan Respublikası Mərkəzi Bankı, "MEDEKS" MMC, "VEST FİNANCE" MMC və digər şirkətlər öz bizneslərinin qorunmasını AtaSığorta şirkətinə etibar ediblər.
Şirkət 2005-ci ildə “Moody İnternational” təşkilatı tərəfindən İSO 9001:2000 beynəlxalq keyfiyyət sertifikatı almışdır.
2007-ci ilin yekunlarına görə “AtaSığorta” ASC “İlin Sığorta şirkəti” nominasiyası üzrə “Uğur” Milli Mükafatına layiq görülmüşdür.
Gənclərlə səmərəli iş fəaliyyətinə görə 2010-cu ildə “AtaSığorta” ASC “Gənclərin Dostu” Milli Mükafatına layiq görülmüşdür.
2010-cu ilin yekunlarına görə “AtaSığorta” ASC “Nüfuz və Etibar” nominasiyası üzrə “Azeri Business Award” Milli Mükafatına layiq görülmüşdür.
Şirkət 2011-ci ilin sonunda 3 il müddətinə “Moody İnternational” şirkəti tərəfindən İSO 9001:2008 beynəlxalq keyfiyyət sertifikatı almışdır.
Şirkət 2011-ci ilin sonundan İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır.
2012-ci ilin yekunlarına görə “AtaSığorta” ASC “Sığortaçılığın inkişafına verdiyi töhfəyə görə” nominasiyası üzrə “Uğur 2012” Milli Mükafatına layiq görülmüşdür.
Şirkət 2014-cü ilin sonunda 3 il müddətinə “Intertek” şirkəti tərəfindən İSO 9001:2008 beynəlxalq keyfiyyət sertifikatı almışdır.
Şirkət 2017-ci ilin sonunda 3 il müddətinə “Intertek” şirkəti tərəfindən İSO 9001:2015 beynəlxalq keyfiyyət sertifikatı almışdır.
2017-ci ilin yekunlarına görə “AtaSığorta” ASC “İlin Sığorta Şirkəti” nominasiyası üzrə “Uğur 2017” Milli Mükafatına layiq görüldü.
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.
Şirkət rəyləri
Mövzu: Əla
super
Status : Təsdiqlənib
19:09 12.11.2025
Ata Sığorta
Mövzu: SĞORTA
Salam. Maşının sğortasının bitməsinə 1 ay qalıb. Sizinlə sğorta bağlaya bilərəm?
Status : Həll edilib
12:52 19.07.2023
Ata Sığorta
Mövzu: Ata sığorta diyilən şirkət nə vaxtdan sığorta olduki?
Status : Təsdiqlənməyib
02:45 17.04.2023
Ata Sığorta
Mövzu: AtaSığorta-Çox sırtıq sığorta.
Atasığorta qədər alçaq səviyyəli və sırtıq sığorta həyatım boyu rastıma çıxmayıb. Çox səviyyəsiz və mütrif kollektivi var. İnsan kimi söz deyirsən anlamırlar. Ömrü həyatımda bu qədər aşağı düşə biləcək şirkət görməmişdim şükürlər olsun bunu bizə yaşatdı.
Status : Təsdiqlənməyib
08:55 09.11.2022
Ata Sığorta
Mövzu: Atasigorta
Oktyabrin evveli Atasigorta terfinden sigortali masin ile qezam olub, gunah hemin masinda cixib. Dovlet Yol polisinen 3 nomreli forma 3 gun sonra sigortaya gonderilib, bunnan bagli Ata sigorta ile danismisib sorusdum qiymetlendirme ucun servise ne vaxt getmek lazimdir. Dediler ki hele ehtiyac yoxdur, sizin masininiz sisteme dusmeyib. 1 hefte erzinde zeng eleyib maraqlanib eyni cavab alirdim. Bir hefte kecennen sonra, sigortaya zeng eleyib senedin neye gore gecikmesinnen maraqlanib cavab aldim ki sened artiq kecen hefte oturub ve men coxdan servise getmeliydim. Qanunnan Sigorta terefinnen qiymetlendirme 7 gunen artiq ceke bilmez, meni ise 1 hefte gozletdiribler. Razindeki Kia servise gedib masini gosterdim, oranin ustasi masinin atrafli baxisi kecirmemis sadece bir nece sekil cekib buraxdi. Novbeti 3 hefte 3 gunnen bir atasigortanin qiymetlendirme ile danisib isin neticesini ala bilmirdim. Artiq noyabr ayi idi, qezadan 1 ay otub kecib, mene ise hele qiymet dememisdiler. Halbuki qanunda qeyd olunub ki, sigorta qiymetlendirmeni 7 is gunnen artiq elemirse, musterinin istediyi yerde qiymetlendirmeni kecirib hemin meblegi sigortadan teleb elemeye huququ var. Noyabr ayinda nehayet mene qiymet 1900 manat qiymet deyilib. Masinim resmi servisden 2016 ilde alinmis Avrope istehsalli masindir, qezadan qabaq vurulan terefde qezasi olmamisdir ve olkede yalniz resmi servise teze ehtiyyat hisseler movcuddur. Bu mebleg ise masini evvelki veziyyete qaytarmasi ucun hec 1/3 de deyil, ucuz namelum keyfiyyetli islenmis tayvan istehsalli ehtiyyat hisselerin qiymeti ile hesablanib. Qusur aktina ise teleb olunan ehtiyyat hisselerin cemi yarisi gosterilmisdir. Naraziligimi bildirennen sonra mene "Ata sigorta ile isleyen" "musteqil ekspert" ile "musteqil" ekspertizani kecirmek teklif elediler. Merkezi banka sikeyeti yazib bunu bildirdim. Merkezi bank ve sigorta arasinda mektubun hazirlanmasi, gonderilmesi, resiler terefinen qollanmasi elave olaraq 3 hefte cekib. Axirda mene Ata sigorta terefinden mektub gelib, hemin mektuba sigortanin teklif elediyi ekspertin adi var idi. Ekspertnen danisib masin detallari ve qiymetlendirme haqqina hec bir aydin cavab almamis, merkezi bank saytinda musteqil ekspertlerin reestrinde Fame Pro adli musteqil ekspertiza sirketini tapib suallarima aydin cavab ala bildim. Atasigorta ile elaqe saxlayib bu ekspert sirektini ekspertiza ucun teklif eledim. Ata sigortanin qiymetlendirmeinin iscisi bildirib ki, bu musteqil ekspert Merkezi bankin saytinda varsa, olar ucun hec bir ferqi yoxdur, qiymetlendirmeni kecire biler. Fame pro sirketi ile muqvile bagladim, masinimi gosterdim, elave olaraq Volswagen resmi servisine gedib masinin qusur aktini almisam. Qiymetlendirme neticesinde masinin temir ile bir yerde deymis zererin meblegi 13000 gosterilib. Resmi ekspertiza dekabr ayinin 13 mene oz meblegini bildirib. Ekspertiza neticesinde deymis zerer 3900 manat hesablanib. Masnin amortizasiyani ve illik qiymet itkisinin neticesinde qiymet bu qeder hesablanmisdir. Sirketin ve resmi servisin umumi qiymetlendirmesine 280 manat pul vermisem, ve umumi Sigortadan istediyim mebleg 4180 manat idi. Dekabr ayin 14 Fame Pro sirketinen aldigim qiymetlendirme senedi Ata sigortanin heyder Eliyev propsektinde yerlesen ofisine apardim. Lakin qiymetlendimre iscileri senede baxib mene bildirdiler ki bu qiymet SISDIRILMIS qiymetdir, ve masinin deymis ziyaninnan asili olmayaraq qiymetlenirde meblegi ehtiyyat hisselerin qiymetinen yox, masinin bazar qiymetinen hesablanir. Ustegel bildirilib ki menim ekspertizaya veridiyim 280 manat havaya verilmis pul idi ve mene bunu hrc kim qaytarmayacq. Elave olaraq mene qirmizisifet formasinda deyilib ki bu ekspertin qiymetlendirmesine sigorta raziliq vermemisdi ve sigrota telebe elediyim meblegi odemeye mecbur deyil. Menim ise ekspertizaya verilmis pulu lazimsiz yere havaya verilmis pul dediler. Qiymetlendirmenin Vuqar adli isci deyib ki bu sened sadece qiymetlendirmenin daha etrafli ve birinci ilkin qiymetlendirme vaxti gozden qacan yerlerini gostermek ucun aydinliq getirmek bir vasite kimi qebul ede bilirler ve menim isime tekrar baxilacaq. Baxmayaraq ki telefonda hemin eksperti qiymetlendirme ile razilasdirmisam, uzume yalan deyib bildiribler ki hec kim buna raziliq vermemisdir. Novbeti gun ata sigrota ile elaqe saxlayib melumat aldim ki, mene verilen mebleg 2500 olacaq. Bunun istediyim mebleginenn 1500 manat az oldugunnan maraqlanib qiymetlendirme sobesinin mudurunen cavab aldim ki, masinin bazar qiymetine ve ammortizasiya faktorlari nezere alib bu istediyim meblegi namelum usul ile azaldiblar. Qiymetlendirmenin 1 gun erzinde, ilkin qiymetlendirmenin ise 3 hefte aparmaginin nece oldugunnan maraqlanib hec bir cavab alamadim. Yeni qiymetlendirme Merkezi bankin ekspertinin qiymetledniremini saymamis, onun masinin edaletli ve butun sigortanin ammortizasiya ve illik qiymet itkisi kimi behaneleri qiymetlendirmede artiq nezere alib cixardigi qusur aktina mehel qoymamis ozu 4-5 saat erzinde goyden goturulmus meblegi gosterib. Sigortadan lkin 1900 meblegin ve ikinci 2500 manat qusur aktlarini alib gordum ki, qiymetledirme resmi eskprert cixartigi qusur aktinnan en ucuz ehtiyyat hisselerini goturub, oz birinci aktina elave edib, daha baha olan seyleri ise ya umumiyetle leg eleyib, ya da ki 20-25% azaldib. Yeni iki qusur aktlardan en ucuz ehtiyyat hisseleri ve qalan baha ehtiyyat hisselerin bezilerini umumiyyetle legv eleyib, orta bir sey yazib. Bu qeder vicdansiz ve insafsiz hereketine cavab tekce iscilerin oz isine tam laqeyd, pesekarsiz, maraqsiz ve insafsiz yanasmagini gosterir. Qusur aktini bu formada deyismek umumiyyetle deleduzlarin elemetleridir. Bu mebleginnen tam naraziligi bildirmisem. Qiymetlendirme mene mehkemeye vermeyi teklif edib, ve bildirilib ki bu qiymetnen artiq verilmeyecek. Sigortanin nece oldugunu ve mehkeme ile ne yollar ile islemesini bilib, bu addim atmadim ve 2500 manata raziliq verdim. Lakin bu da son deyildi. Sigorta oz senedlesme islerini yeni ile kimi uzadib tekce yanvarin 11 gelib qol cekmeye ofisine cagirib. Bu muddet bas ofisi ve qiymetlendirme filiali isini bir birin ustune atirdilar. Qiymetlendime bildirirdi ki isini muhasibaltiga gonderib, bas ofis deyirdi ki is qiymetlendirmede qalib. Her defe mene novbeti hefte gozlemeye deyirdiler. Bu dolama yeni ile kimi cekib, yanvarin 10 kimi davam eledi. Qol cekennen sonra 10 is gun MUDDETINDE pulun karta oturacagini bildiribler. yeni uzaqi yanvarin 25 oturmaliydi, o da son gun idi. Yanvarin 25 elaqe saxlayib pulumnan maraqlandim. Telefonda birez gozleyib cavab aldim ki, sistemde umumki xeta bas verdi ve pullar 2-3 gun muddetine oturacaq. 2-3 gun kecennen sonra yene zeng eledim ve 5ci gun pulun 100% oturmagini soylediler. Tebii ki pul oturmadi. 1 ci gun, qeza zamaninann 4 ay kecmis, artiq fevral ayinda mene nehayet pul oturub. Atasigortanin qiymetlendirmeden tam narazi qaldim, bu tam pesakarsizliqdir, masini butun bu uzun muddet vurulmus veziyyetde qalmisdir, onlari ozume borclu yox, ozumu onlara borclu hiss eleyirdim. Buna gore kimese bu sigorta ile isini gormek qeti meslehet gormurem, pesman olmasaniz, ozleri pesman eleyecek.
Status : Təsdiqlənib
18:54 09.02.2022
Ata Sığorta
Mövzu: odenisi gecikdirilmesi !
salam siz sirket olarag odenisin 10 is gunu erzinde odenmesini temin edirsiz amma men 12 gundurki hele odenisi ala bilmirem ve sizin 936 nomresiyel elaqe saxlamaq mumkun deyl . bu mehsuliyyetsizlikdir xaiw edirem bu meseleye diqqetle yanasasiniz
Status : Təsdiqlənməyib
11:12 23.12.2021
Ata Sığorta
Mövzu: Nece vaxtdi meni yola verirler
90VG544 nomreli masinin sahibiyem.Chevrolet Captiva 2012 il.Agsu rayonunda masinimi vurdular.Zerer vuranin masini Ata sigortada qeydiyyatdadi.Qezadan 5 gun sonra emekdas geldi ve sekilleri cekdi.Masin qabagdan vurulub.Sekilde her sey gorsenmir.Sekilden bunlari anlamaq olmur.Mene 370 manat pul ayirdiqlarini dediler 20 gun sonra.Men nece razilasim? Kondisonerin radiatoru siradan cixib parca parca olub.Tekce radiatorun qiymeti 596 manatdi.Su bacoku 193 manatdi.Kapotun zamoku 39 manat.Bufer sinib Riger eyilib nomre yeri parca parcadi,kondisonerin qazi buraxib.Malyar 500 manat pul isteyir materiallarla birlikde.Cemi 1550 manat minimum xerci var.Hele bu bildiyim xerclerdi,deqiqi sokulende bilinecek.Bu sigorta sirketinde insanlari yalniz mesgul edirler.Deyiremki qiymetlendirme ile razi deyilem deyir gel Bakiya.Biz duzeldek.Men hereket etmeyen masini nece getirim ora? Ve men hemise servisde baxdirmisam masina.Indi deyirler hansisa adi bilinmeyen sexde gel duzeldek.Bir seyki bu masinin tek radiatoru 596 manatdi nece 370 manat pul verirler hele anlaya bilmirem.Bu sigorta sirketinde Allahi taniyan biri var? Varsa menim isime baxsin
Status : Təsdiqlənib
16:55 22.07.2021
Ata Sığorta
Mövzu: Debilizm
16.07.2019-da Shirketimize məxsus olan Toyota markalı avtomobile ziyan vurulur. Avtomobil şirkətlə atəşgah sığorta arasında olan müqaviləyə əsasən onların sərgisində təmir olunur, 1 ildir ki, ibtidai məktəb gündəliyinə kimi bütün sənədləri istəyib alıblar, idi de deyirlər ki, avtomobilin dəyişmiş qapısını gətirin. Binalara izah edə bilmirəm ki, avtomobil servisdə təmir olunub və qapı oradadır. Sənə qapı lazımdısa əziyyət çek ged özün gotur. Mən zərərçəkmiş kimi gedib qapı gətirmək kimi vəzifəm yoxdur.ofise gedirsən deyir caronuda vətəndaş qəbulu yoxdu, ancaq zəng edib qapını məndən tələb edirlər. yeni bu sığorta şirkətləri arasında münasibət yoxdur ki, öz aralarında bu bəsit məsələləri tenzimlesin? Hamısı nəzarətsizlik var məsul şəxslərin işdən başqa bütün işlərlə məşğul olmasidir. Nəzarət 0, keyfiyyət mənfi. 0557999897
Status : Təsdiqlənib
20:16 05.08.2020
Ata Sığorta