3.5
Meqa Sığorta
İbrahimli Uğur Azad
1400143091
AZ1052, Ə.Rəcəbli küçəsi, 19A, Bakı, Azərbaycan
"Meqa Sığorta” ASC fəaliyyətə 2010-cu ilin oktyabr ayında başlamışdır. 28 sığorta şirkəti arasında uğurla irəliləyərək aparıcı sığorta şirkətləri arasında layiqli yer tutmuşdur. “Meqa Sığorta” ASC fəaliyyətinə 2012-ci ildə Maliyyə Nazirliyi tərəfindən müddətsiz lisenziya (№ 000587) verilmişdir. Həmin ildə Şirkət ISO 9001:2008 keyfiyyət standartlarına layiq görülmüşdür, 2013-cü ildə də müvəffəqiyyətlə yenilənmişdir. “Meqa Sığorta” ASC müvafiq lisenziya əsasında 30 növ könüllü və 3 icbari sığorta növü üzrə xidmət göstərir. Şirkət qabaqcıl beynəlxalq sığorta və təkrarsığorta şirkətləri ilə əməkdaşlıq edir. 2012-ci ilin 28 mart tarixindən “Meqa Sığorta” ASC icbari sığorta növləri üzrə xidmətlərin göstərilməsi üçün İcbari Sığorta Bürosunun iştirakçı sığortaçıların reyestrinə daxil edilmişdir. “Meqa Sığorta” ASC-nın Baş ofisi Bakı şəhərində yerləşir və Azərbaycan Respublikasının 16 bölgəsində filiallar fəaliyyət göstərir: Sumqayıt, Sahil, Ağcabədi, Şimal, Xaçmaz, Xudat, Şamaxı, Şırvan, Şəki, Şəmkir, Mingəçevir, Gəncə, Zaqatala, Lənkəran, Cənub və Ağsu. Bu yaxınlarda, Bakı şəhərində şirkətin "Mərkəz" filialı öz fəalliyətinə başlamışdır. Hal-hazırda “Meqa Sığorta” ASC-də 100 nəfərdən çox əməkdaş çalışır. 2013-cü ildə sığorta şirkətləri arasında seçilərək “Meqa Sığorta” Şirkəti sığorta bazarında müştəri məmnuniyyətinin artırılması uğrunda çalışdığına görə “Ən dinamik inkişaf edən sığorta şirkəti” adına layiq görülüb və bunun nəticəsində 2014-cü ildə "Meqa Sığorta" ASC “UĞUR” mükafatı ilə təltif olunub. Şirkət qısa müddət ərzində kifayət qədər ciddi nəticələrə imza atıb, keyfiyyətli xidmət və etibarlı sığorta təminatçısı kimi müştərilərin rəğbətini qazanıb. 2015-ci ildə Avropa standartlarına uyğun olaraq keyfiyyət idarəetmənin, məhsul və xidmətlərin inkişafında yüksək nailiyyətlər qazandığına görə şirkət European Quality Award nominasiyasına layiq görülüb. “Meqa Sığorta” Şirkəti təklif etdiyi xidmət səviyyəsini nəzərə çarpacaq dərəcədə yüksəltməklə yanaşı müştəri məmnuniyyətinin artırılması istiqamətində ilbəil çalışır. Həmin ildə İsveçrənin SGS şirkəti tərəfindən ISO-9001 2008 keyfiyyət idarəetmə sertifikatı ilə təltif edilmişdir. 2016-cı ilin iyun ayından “Meqa Sığorta” ASC Azərbaycandakı Amerika Ticarət Palatasının üzv olub.
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.
Şirkət rəyləri
Mövzu: test
test
Status : Təsdiqlənməyib
16:09 08.12.2023
Meqa Sığorta
Mövzu: Xidmet iscilerin daniwigi
Mega sigorta hadise olan gunun seheri forma 4 sistemde oldu mawinin buferin ve krilanin bir hissesi zede gorub servise gonderildim yungul zede oldugunnan dedi 15 deygeye gonderirem amma ki qiymeti demeye mene heckes elage saxlamadi ve sonda 4 gunnen mennen teleb eledikde niye menim iwimi uzadirsiz 2 deygelik iwdi menim iwim qiymetlendirme wobesine qowdular menle qiymet sobeti elemeye bawdadilar axir alinmayacagini gorennen sonra qiymetde razilawdiq Sonra mene nomre verdiler amcaq Wp iwleyir Ayten xanimda size cavab verilecek deye deye bir gun uzaddi niye cavab vermirsiz yazanda 1 gun iw gunu erzinde cavab vere bilerik deyib yoxa cixdi Bu hadiseni daniwmaq meqsedim oduki mawinlarinizi sigorta eden de menim kimi sigortacinin sozune inanib yaxwi sigorta wirketidi sozune aldanmayin 4 mawinimi sigorta elemiwem o wirketde cox pewmanam 360 manatliq zedeni bugede cetinlewdirirlerse boyuk gezalar aylarla ceker
Status : Təsdiqlənməyib
09:44 01.12.2023
Meqa Sığorta
Mövzu: Çox ləng işləyirlər və müştəri xidmətləri kobuddur
Sığorta sənədində tarix dəyişikliyi olmalı idi. Call centeri müştəri xidmətlərinə yönləndirir, onlar da Whatsapp nömrəsi verir ki, bura yazın. Yazırsan, amma 15-20 dəqiqə vaxt alacaq bir dəyişikliyi 1 günə eləyib qutarmırlar. Call centerdə Rəşad adında biri var aman vermir danışmağa, adamın sözün kəsir. Məcbur edir ki, səs tonuvu yüksəldəsən ondan sonra qulaq asa. Pul almaq üçün hesab rekvizitlərimi vermişdim, komisya ödəməməyin dərdindən nə olduğu bilinməyən bir plastik kart verir süründürməçilik edirlər ki, get pulu buradan çıxart. Konkret müştəri məmnuniyyəti nə olan şeydir xəbərləri yoxdur. Məcbur qalmadıqca bu şirkətdən istifadə etməyi məsləhət görmürəm.
Status : Təsdiqlənib
13:50 22.02.2022
Meqa Sığorta
Mövzu: Sığorta hadisəsi
Mən Hüseynov Ruslan Meqa Sığortanın işçilərinə minnətdarlığımı bildirmək istəyirəm. 03.02.2019 mənim 99RB179 nömrəli maşınımı vurmuşdurlar. Sığorta işçiləri 15 dəqiqə ərzində hadisə yerinə gəlib, bütün sənədləşmə işlərini, qiymətləndirməni tez bir vaxtda və qanuna uyğun etdilər.
Status : Təsdiqlənib
10:55 05.02.2019
Meqa Sığorta
Mövzu: Sığorta hadisəsi
bu gün 25.01.2019 saat 09:17 Mərdəkan yolunda sığorta hadisəsi baş vermişdir. maşınımın nömrəsi 99 DF 082. Meqa Sığortanın işçiləri çox operativ hadisə yerinə gəldilər, sənədləri yığmaqda köməklik etdilər və məsələni ləngitmədən həll etdilər. onların işindən çox razı qaldım və təşəkkürümü bildirirəm
Status : Təsdiqlənib
16:05 25.01.2019
Meqa Sığorta
Mövzu: Sığorta hadisəsi
20.01.2019 mənim 10KX455 nömrəli maşınımı vurmuşdurlar. Meqa Sığortanın işçiləri məsələni tez bir vaxtda həll etdilər, məni get-gələ salmadılar. Onların işindən çox razı qaldım
Status : Təsdiqlənib
15:35 25.01.2019
Meqa Sığorta
Mövzu: Sığorta Hadisəsi
20.01.2019 il tarixində Meqa Sığorta şirkətində sığortalanmış maşın mənim Opel Astra 99SC304 nömrəli maşınımı vurmuşdur. 24.01.2019 il tarixində mənə ödəniş verildi. İşçilərin operativ və professional işini qeyd etmək və təşəkkürümü bildirmək istərdim
Status : Təsdiqlənib
16:37 24.01.2019
Meqa Sığorta
Mövzu: Sığorta hadisəsi
07.01.2019-cu il tarixində hadisə baş vermişdi - maşın N 99GB446. Məni vuran maşının sığortası Meqa Sığortada idi. Şirkətin işçiləri tez bir zamanda hadisə yerinə gəldilər, operativ və qanuna uyğun olaraq məsələni həll etdilər. Mənə göstərən xidmətdən razı qaldım
Status : Təsdiqlənib
15:16 16.01.2019
Meqa Sığorta