2.0
PAŞA Həyat Sığorta
İsmayılov Niyaz Rövşən oğlu
000000
1401876531
Sahil plaza , M.Useynov küçəsi 61, Bakı, Azərbaycan, AZ1154
“PAŞA Holding” şirkətlər qrupuna daxil olan “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti 24.11.2010-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 14.02.2011-ci il tarixli lisenziyası əsasında həyat sığortası sahəsi üzrə xidmətlərin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir.
Təsis olunduğu zaman “PAŞA Həyat Sığorta” ASC-nin nizamnamə kapitalı 7.000.000 (yeddi milyon) AZN təşkil edirdisə, fəaliyyətinin ilk 3 ilinin nəticəsi olaraq Cəmiyyətin nizamnamə kapitalı 5,75 dəfə artırılaraq, hazırda 40.250.000 (qırx milyon iki yüz əlli min) manata çatdırılmışdır.
“PAŞA Həyat Sığorta” ASC dinamik inkişaf edən universal həyat sığortası şirkəti olaraq hazırda Azərbaycan Respublikasının Sığorta qanunvericiliyi ilə nəzərdə tutulmuş həyat sığortası siniflərinə aid olan bütün növ məhsulları müştərilərinə təqdim edir.
“PAŞA Həyat Sığorta” ASC İcbari Sığorta Bürosunun iştirakçısıdır.
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.
Şirkət rəyləri
Mövzu: ŞIKAYƏT!
Azərbaycan Respublikası qanunvericiliyi ilə, İpoteka Fondunun ipoteka krediti şərtlərinə əsasən, icbari olaraq PAŞA-HƏYAT ASCnin həyat sıgortası məhsulu üzrə müştərisiyəm. Sıgortalı oldugum dövrdə qazanılmış xəstəlik əsasında aldıgım ikinci qrup əlilliyə görə şirkətə kompensasiya təzminatı ödənilməsi ilə müracıət etdikdə ölkə qanunvericiliyinə uyraşmayan rədd cavabı almışam. Bu yolla sıgorta kapitalı əldə edib, ədalətsiz qərarlar nəticəsi etibarı ilə sıgorta halının qarşılanmaması, məndə və yaxınlarımda PAŞA-HƏYAT ASC nüfuzuna inamsızlıq və ədalətsizlik hissləri yaşatmaqdadır.
Status : Təsdiqlənib
12:55 20.06.2019
PAŞA Həyat Sığorta
Mövzu: sığorta məbləğinin az hesablanması
Mənim ərim Əliyev Əsəd Şamayıl oğlu 02 sentyabr 2018-ci il tarixində istehsalatda baş vermiş qəza nəticəsində ölmüşdür.O, 1984-cü ildə Sabunçu rayon Qazaparatında işləmişdir.Bir il orada işlədikdən sonra 1985-ci ildə Tağıyev adına NQCI də fəhlə kimi işləmişdir.1999-cu ildən etibarən orada usta vəzifəsini icra etməyə başlamış və öldüyü günə qədər həmin vəzifədə işləmişdir. İstehsalatda baş vermiş qəza nəticəsində ölüm faktı müəyyənləşdirildikdə ölmüş şəxsin ailə üzvlərinə sığorta ödənişləri verilir və bu “PAŞA Həyat” Sığorta tərəfindən həyata keçirilir. Lakin zərərçəkmişin 35 il həmin işdə işləməsinə baxmayaraq mənə bugünədək yalnız 18.12.2018-ci il tarixində 13091 (on üç min doxsan bir) manat məbləğində sığorta ödənişləri verilmişdir. Lakin qeyd edilən sığorta məbləğinin hansı əmsallarla hesablanması barədə nə Tağıyev adına NQCI tərəfindən, nə də ki “PAŞA Həyat” Sığorta tərəfindən məlumat verilməmişdir. Halbuki Azneft” İB tərəfindən mənə təqdim edilmiş “Əsəd Şamayıl oğlu Əliyevə aid sığorta müqaviləsi məlumatları”nda sığorta məbləği çox yüksək göstərilmişdir. Hesab edirəm ki, “PAŞA Həyat” Sığorta tərəfindən mənə ödəniləsi məbləğ dəfələrlə azaldılaraq (düzgün hesablanmayaraq) verilmişdir.
Status : Təsdiqlənib
15:33 12.02.2019
PAŞA Həyat Sığorta