Feedback List
Xidmətimizdən razı qaldınızsa bizdən danışın!
Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!
Bütün Rəylər
Rəy Əlavə Etmək
Rəy bildirmə üzrə qaydalar
Qaydalar
- Şirkətlər barədə rəy bildirərkən konkret hal göstərilməlidir. Yəni rəy sığorta hadisəsi və ya sığorta əldə etmə prosesinə və istənilən digər konkret məsələyə aid olmalıdır.
- Verilmiş olan rəydə konkret hal göstərilmədiyi təqdirdə, insure.az portalı verilmiş balı dəyişdirmə hüququna malikdir.
- Verilmiş rəy insure.az portal tərəfindən sığorta şirkəti ilə yoxlanıldıqdan və həqiqətə uyğun olduğu müəyyən edildikdən sonra statusu “təsdiqlənib” olaraq dəyişdirilir.
- Verilmiş rəydə qeyd olunan problem sığorta şirkəti tərəfindən həll edildiyi təqdirdə status “həll edilib” olaraq dəyişdirilir.
- Nalayiq ifadələr yer alan və təkrar yerləşdirilən rəylər dərhal portaldan silinir.
- Digər bütün rəylər təsdiqini tapıb-tapmamasından asılı olmayaraq saytda saxlanılır, lakin təsdiqini tapmayan rəylər üzrə ballar reytinqdə hesablanmır.
Bal
+1
Yoxlanılır
Sizə bildirirəm ki, mənə məxsus avtomobil, ASC “Standard İnşurance” Sığorta Şirkəti tərəfindən sığortalanan 10VB084 nömrəli VAZ2107 markalı avtomobil tərəfindən 15/05/2018-ci il tarixində saat 07:21 dəqiqədə vurulmuşdur. Belə ki, avtomobilimi vuran şəxs yol hərəkəti qaydalarını kobudcasına pozaraq, idarə etdiyi nəqliyyat vasitəsi ilə nizamlanan yolayrıclarında - əks istiqamətli hərəkət zolağına çıxaraq ötmə əməliyyatı etmiş, daha sonra qoşa xətti yarıb keçib, avtomobilimə çırpılmışdır. Qəza nəticəsində mənim avtomobilimin ön bamperi və qabaq sağ təkərin üzərindəki plastik örtüyü zədələmişdir. Bununla belə yuxarıda qeyd edilən sığorta şirkəti bu zərəri cəmi 50 manat miqdarında dəyərləndirmişdir. Halbuki, idarə etdiyim 2018-ci il istehsalı olan Toyota RAV4 avtomobilimi aldığım servis mərkəzində bu növ zərərin təmirini dəfələrlə artıq qiymətə qiymətləndirmişlər.
Bunu nəzərə alaraq Sizdən xahiş edirəm avtomobilimə dəymiş ziyanı obyektiv qiymətləndirərək, onun yuxarıda qeyd etdiyim öz servis mərkəzində təmiri (ön bamperin rənglənməsi və plastikin dəyişilməsi) üçün lazımi məbləğin ayrılması işində mənə köməklik göstərəsiniz.
Standard Insurance
12:23 11.06.2018
id : 92