Siz bu səhifədə müxtəlif sığorta şirkətlərinə yazılan rəyləri görə bilərsiniz. Həmçinin siz də qiymətləndirə
və şərh yaza bilərsiniz.
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.
Standard Insurance
Mövzu: Ədalətli qiymətləndirmə
Sizə bildirirəm ki, mənə məxsus avtomobil, ASC “Standard İnşurance” Sığorta Şirkəti tərəfindən sığortalanan 10VB084 nömrəli VAZ2107 markalı avtomobil tərəfindən 15/05/2018-ci il tarixində saat 07:21 dəqiqədə vurulmuşdur. Belə ki, avtomobilimi vuran şəxs yol hərəkəti qaydalarını kobudcasına pozaraq, idarə etdiyi nəqliyyat vasitəsi ilə nizamlanan yolayrıclarında - əks istiqamətli hərəkət zolağına çıxaraq ötmə əməliyyatı etmiş, daha sonra qoşa xətti yarıb keçib, avtomobilimə çırpılmışdır. Qəza nəticəsində mənim avtomobilimin ön bamperi və qabaq sağ təkərin üzərindəki plastik örtüyü zədələmişdir. Bununla belə yuxarıda qeyd edilən sığorta şirkəti bu zərəri cəmi 50 manat miqdarında dəyərləndirmişdir. Halbuki, idarə etdiyim 2018-ci il istehsalı olan Toyota RAV4 avtomobilimi aldığım servis mərkəzində bu növ zərərin təmirini dəfələrlə artıq qiymətə qiymətləndirmişlər. Bunu nəzərə alaraq Sizdən xahiş edirəm avtomobilimə dəymiş ziyanı obyektiv qiymətləndirərək, onun yuxarıda qeyd etdiyim öz servis mərkəzində təmiri (ön bamperin rənglənməsi və plastikin dəyişilməsi) üçün lazımi məbləğin ayrılması işində mənə köməklik göstərəsiniz.
Status : Yoxlanılır
12:23 11.06.2018