Feedback List
Xidmətimizdən razı qaldınızsa bizdən danışın!
Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!
Bal
+1
Yoxlanılır
Atəşgah Sığorta
Qeyd olunan şikayətlə bağlı bildirmək istərdik ki, zərərçəkənin avtomobili tərəfdaş servis şirkətində qiymətləndirilmiş və məbləğ zərərçəkənə bildirilmişdir. Lakin o, qiymətlə razılaşmamışdır. Bu səbəbdən əməkdaşlarımız zərərçəkənə müstəqil ekspert cəlb etmək üçün proseduru izah etmiş və müvafiq ərizə tərtib etməyi tövsiyyə etmişlər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: “Maddə 16. Zərərin müəyyənləşdirilməsi 16.1. Sığorta hadisəsi nəticəsində dövlət və bələdiyyə əmlakına dəyən zərərin məcburi qiymətləndirilməsi sığortaçı tərəfindən təmin edilməlidir. 16.2. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır”. 22.1. Sığortalının aşağıdakı hüquqları vardır: 22.1.3. əmlaka və ya sağlamlığa dəymiş zərərin məbləğini müəyyənləşdirmək məqsədi ilə “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 95.3-cü maddəsində nəzərdə tutulmuş reyestrə daxil edilmiş hər hansı müstəqil ekspertin xidmətlərindən istifadə etmək;[40] 22.1.4. sığortaçı və ya müstəqil ekspert tərəfindən dəymiş zərərin miqdarının və sığorta ödənişinin məbləğinin müəyyən edilməsinin nəticələri ilə tanış olmaq; Maddə 24. Zərərçəkənin hüquqları 24.1. Zərərçəkənin aşağıdakı hüquqları vardır: 24.1.4. müvafiq hallarda, o cümlədən sağlamlığa və (və ya) əmlaka dəyən zərərin sığortaçı tərəfindən müəyyənləşdirilmiş həcmi ilə razılaşmadıqda, bu məqsədlə müstəqil ekspertin təyin edilməsini tələb etmək; 24.1.6. sığortaçının sığorta ödənişindən imtina barədə qərarından, zərərin müəyyənləşdirilməsi ilə bağlı müstəqil ekspertin təyin edilməsi tələbinin sığortaçı tərəfindən yerinə yetirilməməsindən və ya sığorta ödənişinin məbləği ilə razılaşmadığı halda maliyyə bazarlarına nəzarət orqanına və məhkəməyə şikayət etmək;”
2018-12-03 12:52:21
Portal administratoru
Hörmətli müştəri, Avtomobilinizə dəymiş zərərin Maliyyə Bazarlarına Nəzarət Palatasının müvafiq reyestrində qeydiyyatda olan müstəqil ekspert tərəfindən qiymətləndirilməsi tövsiyə edilir. Həmin qiymətləndirmənin nəticəsindən sonra müvafiq rəy bildiriləcəkdir. Hörmətlə, Azərbaycan Sığortaçılar Assosiasiyası
2018-12-03 12:52:21