Feedback List
Xidmətimizdən razı qaldınızsa bizdən danışın!
Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!
Bal
+3
Həll edilib
Ata Sığorta
Hörmətli müştəri, Məlumat üçün diqqətinizə çatdırmaq istəyirəm ki, bəhs olunan hadisə zamanı Cəmiyyətimizdə sığortalanmış avtomobili idarə edən şəxs nəqliyyat vasitəsini xarici ölkənin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi əsasında idarə etmişdir. Hadisə SHTD tərəfindən yol-nəqliyyat hadisəsi iştitakçılarının tərtib etdiyi protokol əsasında sənədləşdirmiş və Hüquq Departamentinə göndərilmişdir. Bundan sonra tərəfimizdən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun mövcud olub-olmamasının dəqiqləşdirilməsi üçün ondan ümumvətəndaş pasportu (xarici pasport) tələb edilmişdir. Sənədlər əsasında sürücünün Azərbaycan Respublikasına 25.11.2017-ci ildə qayıtdığı və 1 ay ərzində sürücülük vəsiqəsi almalı olduğu halda 16.09.2018-ci il tarixədək sürücülük vəsiqəsini dəyişmədiyi müəyyən olunmuşdur. Belə olan halda Cəmiyyətimizin subroqasiya hüququnun təmin edilməsi üçün hadisə ilə bağlı səlahiyyətli orqanın hadisəni təsdiq edən sənədlərinin (Forma 4 və s.) təqdim edilməsi tələb edilmişdir.
2018-10-31 15:39:04
Portal administratoru
Hörmətli müştəri! Rəy bildirdiyinizə görə sizə minnətdarlığımızı bildiririk. Lakin qeyd olunan məsələdə, müvafiq sığorta şirkəti qanunvericliyə uyğun olaraq sığorta ödənişini həyata keçirmişdir. Qaydalara uyğun olaraq reytinq balını -3 olaraq deyil 0 olaraq qəbul edirik. Hörmətlə, Azərbaycan Sığortaçılar Assosiasiyası
2018-10-31 15:39:04