building
Şirkət

AzSığorta

user
Sədr

Talıbov Anar

user
Lisenziya

000000

briefcase
Vöen

1301158021

map
Ünvan

İzmir küçəsi 1033, Hyatt Tower 2/4, Bakı, Azərbaycan, AZ 1065

call
Nömrə *6565
sms
Elektron Ünvan [email protected]

Təsvir

AZSIĞORTA” ASC 2006 ildən Azərbaycan sığorta bazarında uğurla fəaliyyət göstərir. Şirkətin daxili siyasəti bizə sığorta bazarında yüksək mövqe tutmağa və sığortalıların sayını ilbəil artırmağa imkan yaradır, bunu Maliyyə Nazirliyinin tətbiq etdiyi sığorta şirkətləri arasındakı illik reytinqi aydın göstərir.
1 000 000 manat həcmində nizamnamə kapitalı ilə dövlət qeydiyyatından keçən “AZSIĞORTA”ASC 1 il sonra kapitalını 100% artıraraq 2 000 000 manata, 2008-ci ilin nəticələrinə görə isə nizamnamə kapitalı 100% artıraraq 4 milyon manata çatdırmışdır, 2012-ci ildə nizamnamə kapitalı 20 300 000 manat təşkil etmişdir.
Bu gün “AZSIĞORTA”ASC-yə rəhbərlik edən İdarə Heyəti, o cümlədən aparıcı işçi heyəti sığorta sektorunda kifayət qədər böyük təcrübəyə malik olan şəxslərdən təşkil olunmuşdur. Bu isə ilk növbədə mövcud və potensial müştərilərin sığorta ehtiyaclarının düzgün müəyyən olunmasına, habelə sığorta bazarının dəyişən tələblərinə operativ cavab verməklə yüksək səviyyəli sığorta xidməti təşkil etməyə imkan verir.
“AZSIĞORTA”ASC Azərbaycan Respublikasının bir çox regionlarında filiallar və nümayyəndəliklərlə təmsil olunub. Belə ki, Bakı şəhərində yerləşən Baş ofisdə, həmçinin Sumqayıt, Gəncə, Lənkaran, Şirvan, Xaçmaz, Qəbələ, Tərtər, Şamaxı və Yevlax şəhərlərində fəaliyyət göstərən regional filiallarında ümumi olaraq 300 nəfər işlə təmin edilib. Bu da öz növbəsində regionların sosial-iqtisadi inkişafına dəstək olmaqla sığorta ehtiyaclarının operativ şəkildə təmin olunması ilə yanaşı müştərilərə günün 24 saatı keyfiyyətli sığorta xidmətinin göstərilməsində xüsusi rol oynayır. Bundan başqa şirkətin bir sıra satış nöqtələri də açılmışdır.
“Cəmiyyət” maliyyə sabitliyini təmin etmək məqsədi ilə yerli və xarici sığorta, təkrarsığorta və broker şirkətləri ilə yaxından əməkdaşlıq edir. “AZSIĞORTA”ASC qəbul etdiyi riskləri Avropa və dünya təkrarsığorta bazarının ən etibarlı təkrarsığorta şirkətində operativ yerləşdirmək imkanına malikdir.
“AZSIĞORTA”ASC-ni digər şirkətlərdən fərqləndirən əsas əlamətlərdən biri kimi daim yeni sığorta məhsullarının yaradılmasını, iş prosesində innovasiyaların tətbiqini, sığorta sahəsində kütləvi təbliğat işlərinin aparılmasını, insanların sığorta sahəsində maarifləndirilməsini və s.göstərmək olar.
Uğurlu kommersiya fəaliyyəti ilə yanaşı “AZSIĞORTA”ASC yarandığı gündən sosial sahələrdə də təqdirəlayıq işlər aparmaqdadır. Şirkət fəaliyyət göstərdiyi zaman ərzində Xətai və Suraxanı rayonlarındakı uşaq evlərinin sakinlərinin əl işlərindən ibarət satış-sərgi təşkil etmiş, tədbirin bütün xərcləri şirkətin hesabına maliyyələşdirilmiş və sərgidən əldə olunan qazanc uşaq evlərinin problemlərinin həllinə yönəldilmişdir
“AZSIĞORTA” ASC 2009-cu ilə də uğurlu başlamışdır. Qısa müddət ərzində şirkət İSO 9001:2000 keyfiyyəti idarəetmə sisteminə uyğun sertifikatlaşdırılmışdır.
2011-ci ilin dekabr ayından etibarən isə İcbari Sığorta Bürosunun üzvüdür.

Şirkət rəyləri

Mövzu: Sığorta ödənişi

star +3

Aylardır xəbər yoxdur sığorta ödənişindən. Zəngə də cavab verilmir.

Status : Təsdiqlənib

date

14:51 09.01.2023

Mövzu: Ela

star

Xidmət əla

Status : Təsdiqlənib

date

21:49 28.12.2022

Mövzu: Surundurmecilik

star +1

Salam azsigorata zərəri düzgün qiymətləndirmir, müstəqil ekspert də istəyəndə öz bildiyi adamlar göndərilib 50 manat fərqle qiymət təyin edirlər

Status : Təsdiqlənib

date

16:36 28.10.2022

Mövzu: Qərar düzgün verilmir

star +1

Sürücü maşınını yolun hərətək hissəsndə saxlayıb qapını açıb və mənim maşımın bütün sağ tərəfinə çırpılıb. 1. Sığorta şirkəti zərəri düzgün hesablamayıb. 3 müxtəlif yerdə hesablatdırmışam, 2 dəfə artıq qiymət deyirlər. Təmir şirkətləri pis günə düşmüş qapını yenisi ilə əvəz eləmək istəmir. 2. 50% az hesablanmış məbləğin də 50%-ini verirlər, günahı atırlar sərnişinin üstünə. Bu 50%-i hələ şikayətdən sonra təklif ediblər, ilkin müraciətdə öhdəliyin yaranmadığını bildirmişdilər. Nəticədə 2 aydır maşınsız qalmışam və dəymiş ziyanın da ancaq 25%-ini (yalnış hesbalanmış ziyanın 50%-i) təklif edirlər.

Status : Təsdiqlənməyib

date

11:53 04.11.2021

Mövzu: qiymet oldurmek surundurmechilik

star +1

mashinima deyen zereri duzqun deyerlendirmedi ve deyerlendirdiyi sheleride chox ashaqi qiymetle hesabladilar ustelik odeniside qecikdirdiler.

Status : Təsdiqlənməyib

date

19:11 05.03.2020

Mövzu: Şirkət özbaşınalıq edir!

star +1

Mənim 99RR779 dövlət nömrə nişanlı VW avtomobilim 28 noyabr tarixində parkinqdə durduğu vaxt Audi 10RA271 avtomobili tərəfindən vurulmuş, nəticədə avtomobilin sol qabaq qapısı, sol arxa qanadı, sol içəri dayağı və fənəri zədə almışdır. Polis hadisəni qeydə alaraq mənə dəymiş ziyanın ödənilməsi üçün qarşı tərəfin sığortaçısı AZSIĞORTA MMC-yə yönləndirmişdir. Rəsmi servisdə zərər 980 AZN olaraq qiymətləndirilmişdir. Lakin AZSIĞORTA rəhbərliyi absurd olaraq rəsmi servisin xidmətlərinin baha olması bəhanəsilə əvvəlcə vizual olaraq 350 AZN, sıradan başqa servis qiymətləndirməsindən sonra 450 AZN olaraq qiymətləndirdi. Təbii ki, razı olmadığım təqdirdə iş müstəqil ekspertə getdi və ekspert zərəri 780 AZN qiymətləndirdi. Bundan sonra sığorta agentliyi mənə 650 AZN maksimal məbləğ ödəyə biləcəyini bildirdi. Ekspertin rəyinə də məhəl qoymadı, şikayət edəcəyim təqdirdə də heç nə etməyəcəklərini bildirdilər. Cənab prezident icbari sığortanın vacibliyi və prioritetinin artırılması ilə bağlı sərəncamlar imzalayır, gələn ildən həyat sığortasına görə maaşımızdan tutulur, əmlakımz icbari sığortalanır, ticatər mərkəzində son günlərdə baş vermiş bədbəxt hadisələrə qablayıcı tədbirlər olaraq məhz sığorta ilə bağlı tədbirlər görməyi televiziya vasitəsilə bütün məmurlara tapşırır. Bu tərəfdən isə AZSIĞORTA sığorta şirkəti özbaşınalıq edir, zərər çəkmişlərdən manipulyasiya edərək prosesləri süni olaraq ləngidir və get-gələ salır. Bu səbəbdən dövlət başçısının müsbət sayılan islahatları kölgədə qalır, inamsızlıq və sahibkarların çirkin əməllərinin qurbanı olur.

Status : Təsdiqlənib

date

18:09 25.12.2019

Mövzu: Süründürməçilik

star +1

07.05.2018 ci il tarixinde Muqanli Ismayilli yolunda Ford Tranzit markali 50DJ596 nomreli avtomobil menim idare etdiyim Az samant markali 10TE078 nomre nisanli avtomobilimi vurmusdur neticede men yoldasim qardasim beden xesareti alaraq tecili tibbi yardimla Samaxi rayon xesdexanasina getirilerek tibbi yardim aldiq.Ford markali avtomobilin (50DJ596) Az siqorta sirketidir.Siqorta sirketine hadise ile baqli melumat verildi.Hadise olan yola baxan mustentiq yolun sxemini cekdiolculer goturuldugunahin Ford markali avtomobilin surucusu Zohrab adli wexs olduqu melum olundu.Indi hadiseden 4 ay 15 gun kecmesine baxmayaraq AZ siqorta sirketinde Senan adli wexs deymis zererin verilmesinden boyun qacirir menim idare etdiyim avtomobil Hal hazirda fealiyyetini dayandirmis Elif ltd sirketine mexsussur.Elif ltd sirketinin borcu olduqunu behane getirir.Elif ltd sirketinin adindan cixis eden Esedov Adigozel Aqali oqlu sirketin baqlanmasi ve vergilerhaqqinda lazimi olan butun senedleri Az siqorta sirketine vermisdir.Menim avtomobilime 3500-3800 azn ziyan deydiyi halda onlar hemin mebleqi keserek 2850.00 azn qeyd etmisler.Yazdiqlari 2850.00 azn mebleqden 1400 azn Elif ltd sirketinin borcuna cixib mene 1500.00 azn teklif edirler.Bu mebleq avtomobiolimin temirine ve ehtiyyat hisselerinin alinmasina yetmir.Xahis edirem bu barede komeklik gosteresiniz. Onceden tesekkur edirem. Surucu Elekberov Arif Cumsud oqlu.

Status : Təsdiqlənib

date

16:48 12.09.2018