Şirkətlər üzrə rəylər

Siz bu səhifədə müxtəlif sığorta şirkətlərinə yazılan rəyləri görə bilərsiniz. Həmçinin siz də qiymətləndirə
və şərh yaza bilərsiniz.

Dövlət Sığorta Şirkəti

Dövlət Sığorta Şirkəti

star +1

Mövzu: illərdir sığorta ödənişinin verilməsini gözləyirəm.

17.11.16 tarixində Suraxanı rayonu ərazisində Azərsığortada sığortalı Volksvagen 90-DF-028 d.q.n-li avtomobil mənim Ford markalı 90-UR-997 d.q.n-li avtomobilimi vurmuşdur. Qüsur aktında 2090 AZN yazılmasına baxmayaraq 435 AZN sığorta ödənişi verildi. Razılaşmadım məhkəməyə müraciət etdim. Binəqədi məhkəməsi 10.08.17 tarixində əlavə 1025 AZN ödənilməsi barədə qətnamə çıxardı, sonra onlar vaxt uzatmaq xətrinə apellyasiya verdilər və 27.12.17 tarixində apellyasiya da 1 ci instansiyanın qərarını qüvvədə saxladı. Aylardır gedib gəlirik 1025 AZN i hələ də vermirlər. Heç bir səbəb də ortada yoxdur.

Status : Təsdiqlənib

date

23:16 05.04.2018