Şirkətlər barədə rəy bildirərkən konkret hal göstərilməlidir. Yəni rəy sığorta hadisəsi və ya sığorta əldə etmə prosesinə və istənilən digər konkret məsələyə aid olmalıdır.
Verilmiş olan rəydə konkret hal göstərilmədiyi təqdirdə, insure.az portalı verilmiş balı dəyişdirmə hüququna malikdir.
Verilmiş rəy insure.az portal tərəfindən sığorta şirkəti ilə yoxlanıldıqdan və həqiqətə uyğun olduğu müəyyən edildikdən sonra statusu “təsdiqlənib” olaraq dəyişdirilir.
Verilmiş rəydə qeyd olunan problem sığorta şirkəti tərəfindən həll edildiyi təqdirdə status “həll edilib” olaraq dəyişdirilir.
Nalayiq ifadələr yer alan və təkrar yerləşdirilən rəylər dərhal portaldan silinir.
Digər bütün rəylər təsdiqini tapıb-tapmamasından asılı olmayaraq saytda saxlanılır, lakin təsdiqini tapmayan rəylər üzrə ballar reytinqdə hesablanmır.
Əlaqə qurmaq mümkün deyil. Saytlarındakı nömrəyə zəng elədinsə, yarım saat xəttə gözləməlisən. Zənglər də pulludu. Əməkdaşlarına zəng edirsən, mesaj yazırsan cavab vermirlər. Söz soruşa biləcəyin adam yoxdur bir sözlə. Bilmirsən adamdılar, yoxsa süni intellekt. Saytda yazıblar ki, "qurumlarda təmsilçilik etibarnaməsi" əsasında ödənişi başqası ala bilər, amma etibarnaməni verəndə deyirlər ki, burda yazılmayıb ki, pulu ala bilərsən. Etibarnamənin də qiyməti 49 manatdı. Siçan-pişik oynayırlar bir sözlə. Saytdan onlayn eləmək olduğuna görə son 10 ildə sığortamı bunlarda elətdirirdim. Bu il ilk dəfə işim düşdü, gördüm ki, 1 qəpiklik xidmətləri yoxdur.