Şirkətlər üzrə rəylər

Siz bu səhifədə müxtəlif sığorta şirkətlərinə yazılan rəyləri görə bilərsiniz. Həmçinin siz də qiymətləndirə
və şərh yaza bilərsiniz.

PAŞA Sığorta

PAŞA Sığorta

star +2

Mövzu: YNH nəticəsində dəymiş zəzəri düzgün qiymətləndirmir.

Fəaliyyətini bəyənmədim. YNH dəymiş zərəri qaydaya zidd olaraq yalnız foto əsasında təyin edib. Preyskurantları təqdim etməyib. Hər sənədi elektron qəbul edir, preyskurantı isə bürokratik yolla, ofisdən götürmək təklif edib. SMS ilə link yollayıb, hadisənin statusunu izləmək üçün, avtonun təmirdə olduğu bildirilir, onlara təmirə avto təqdim etmədiyim halda. Qiyməti sms ilə yollayır 3 təklif ilə: razıyam, təmirə verirəm, razı deyiləm. Narazı müştəri öz preskurantını əlavə etməlidir. Öz preskurantımı əlavə edib yolladım, nəzərə alınmır. Zərəri rəsmi servis 645 azn ilə qiymətləndirib. Sığortanın 160 azn ilk qiyməti idi. Növbəti qiymətlər həmin məbləğ ətrafında təyin olunurdu. İşinin keyfiyyəti ilə seçilməyən təmirxanalara qiymətləndirməyə yönəldir. Rəsmi servis ilə işləmir. Ekspert qiyməti 450 azn. Ekspertin qiymətləndirilməsini 1 ay gecikərək sms ilə təqdim edib. Cəmi 4 il sürülən avtonun hadisə nəticəsində yararsız hala düşmüş buferin, nədənsə yeni deyil, işlənmiş qiymətini hesablayıb. Bir sözlə 13 iyul 2025 tarixində hadisə nəticəsində zərər çəkmiş 10LY745 DQN avtomu öz hesabıma təmir etmişəm, hələ sığortadan 1 qəpik görməmişəm. Süründürməçiliklə seçildi şirkət. Yaxşı ki, tanıdım illərlə müqavilə bağladığım şirkəti.S

Status : Təsdiqlənib

date

09:27 26.11.2025