Şirkətlər barədə rəy bildirərkən konkret hal göstərilməlidir. Yəni rəy sığorta hadisəsi və ya sığorta əldə etmə prosesinə və istənilən digər konkret məsələyə aid olmalıdır.
Verilmiş olan rəydə konkret hal göstərilmədiyi təqdirdə, insure.az portalı verilmiş balı dəyişdirmə hüququna malikdir.
Verilmiş rəy insure.az portal tərəfindən sığorta şirkəti ilə yoxlanıldıqdan və həqiqətə uyğun olduğu müəyyən edildikdən sonra statusu “təsdiqlənib” olaraq dəyişdirilir.
Verilmiş rəydə qeyd olunan problem sığorta şirkəti tərəfindən həll edildiyi təqdirdə status “həll edilib” olaraq dəyişdirilir.
Nalayiq ifadələr yer alan və təkrar yerləşdirilən rəylər dərhal portaldan silinir.
Digər bütün rəylər təsdiqini tapıb-tapmamasından asılı olmayaraq saytda saxlanılır, lakin təsdiqini tapmayan rəylər üzrə ballar reytinqdə hesablanmır.
salam 22.01.2020 ci ildə Gunay sığortanın Statistika komitəsinin yanındakı ofisinə qəzanın bütün sənədləri verilsə də hər gün bir bəhanə ilə bu günə kimi ödənişi etməyiblər.Əvvəlcə bəhanə o idi ki , Bakıda yerləşən volksvagen servis rəsmi servis deyil halbuki volksvagen polo markali avtomobili resmi servisdən lizinqlə almışıq və məcburi olaraq 891 azn pul alınıb 500 azn franşiza ilə avtomobil gunay sığortada kasko sığortalanıbdır.Biz rəsmi servisə şikayətimizi bildirdikdən sonra onlar sığortaya məktub vasitəsilə bildirdilər ki, biz rəsmi servisik bundan sonra sığorta avtomobili servise aparmağa icazə verdi indi avtomobil bir həftədir ki , təmir olunub bitib amma gunay sığorta pulu odəmədiyindən biz avtomobili servisdən götürə bilmirik.Xahiş edirəm mənə köməklik edəsiniz. +994558894442 Fuad