Siz bu səhifədə müxtəlif sığorta şirkətlərinə yazılan rəyləri görə bilərsiniz. Həmçinin siz də qiymətləndirə
və şərh yaza bilərsiniz.
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.
Günay Sığorta
Mövzu: Ödənişdən imtina
Salam, 15.10.2018-ci il tarixdə Mingəçevir şəhəri Heydər Əliyev prospektində idarə etdiyim Mercedes Benz markalı 10 OZ 562 dövlət qeydiyyat nişanlı sərnişin daşıyan nəqliyyat vasitəsilə hərəkətdə olan zaman işıqforun qırmızı işığında dayanma etməyən Opel Astra markalı 19 BE 685 dövlət qeydiyyat nişanlı avtomobil qarşıma çıxaraq mənim idarə etdiyim nəqliyyat vasitəsinin qabaq sağ hissəsi ilə toqquşdu. Toqquşma nəticəsinə avtomobilimə 850 manat dəyərində maddi ziyan dəydi. Opel markalı 19 BE 685 avtomobilin sahibi avtomobilin təcili təmirinə köməklik göstərmək üçün ilkin olaraq mənə 250 manat verdi. Lakin sonradan həmin şəxs sığortaçısı olan “Günay sığorta” şirkətində yalan məlumat verərək mənə 850 manat verdiyini bildirib. Mən də müvafiq olaraq “Günay sığorta” şirkətinə mənə 250 manat ödənildiyini bildirdim və yerdə qalan məbləğin ödənilməsini təmin etmələrini xahiş etdim. Lakin “Günay sığorta” şirkəti mənə həmin məbləği ödəməkdən imtina edir. Həmin məbləğin ödənilməsinin təmin edilməsində köməklik göstərməyinizi xahiş edirəm. Şirkətə yazdığım müraciət və şirkətdən aldığım cavab əlavə olunub. Hörmətlə Mehdiyev Cəsarət Nizami oğlu
Status : Təsdiqlənib
14:02 24.12.2018