Siz bu səhifədə müxtəlif sığorta şirkətlərinə yazılan rəyləri görə bilərsiniz. Həmçinin siz də qiymətləndirə
və şərh yaza bilərsiniz.
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.
Qala Həyat Sığorta
Mövzu: Işçilərin icbari sığortası
İlk dəfə 2014 cü ilin aprel ayında baş mühasibi olduğum "GESCO" ASC -nin işçilərinin bu sığorta şirkətində icbari sığortasını etdirmişəm. Bizə göstərdikləri yüksək səviyyədə və operativ xidmətdən çox razı qaldıq deyə , sonradan işlədiyim bütün şirkətlərdə işçiıərin içbari sığortasını məhz "Qala Həyat Sığorta"da etdirmişəm. Yəni, 2015-ci ilin iyun ayında "MR Qrup" MMC, 2017-ci ilin may ayında "Alyans Trans" MMC və sonda "AgroLand Az" MMC-nin işçilərinin icbari sığortasını məhz "Qala Həyat Sığorta" şirkətində etdirmişik. Bu sığorta şirkətinə işlərində müvəffəqiyyətlər arzu edirəm və xidmətlətinin həmişə bu cür yüksək səviyyədə qalmalarını diləyirik!
Status : Təsdiqlənib
22:31 29.11.2018