Şirkətlər üzrə rəylər

Siz bu səhifədə müxtəlif sığorta şirkətlərinə yazılan rəyləri görə bilərsiniz. Həmçinin siz də qiymətləndirə
və şərh yaza bilərsiniz.

Atəşgah Sığorta

Atəşgah Sığorta

star +1

Mövzu: qanunsuz hərəkət

Yazıb sizə bildirirəm ki, 10.11.2018-ci il tarixdə saat 08:20 radələrində mən tərəfindən 10VN373 dövlət qeydiyyat nömrə nişanlı Nissan Sunny markalı avtomobil ilə Bakı şəhəri, Mərdanov qardaşları küçəsi ilə Hənifə Ələsgərova küçəsinə hərəkət edərkən Mərdanov qardaşları küçəsində (1 saylı klinik şəhər xəstəxanası dayanacağının qarşısında) qırıq-qırıq xətt olan yerdən sola dönmə işığını yandıraraq geriyə dönmə əməliyyatı apararkən arxadan gələn Mercedes markalı 90KX950 dövlət qeydiyyat nömrə nişanlı əks hərəkət zolağına keçərək qarşı yolda yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə baş verdikdən sonra hadisə yerinə DYP xidmətinin əməkdaşı yaxınlaşaraq qəza baş verən yerin şəkillərini çəkərək hər iki tərəfdən sənədləri istədi. Sənədlər təqdim olunduqdan sonra Nəsimi rayon DYP idarəsinə yaxınlaşmağımızı bildirdi. Nəsimi DYP idarəsində inspektor baş leytenant İsmayılov Tural Tariyel oğluna yaxınlaşdım. Adı qeyd olunan DYP işçisi mənə hadisə yerinə yaxınlaşan atəşgah sığortanın işçisinin nömrəsini istədi və bildirdi ki hadisə ilə bağlı onunla danışmalıyam.Atəşgahın sığorta hadisəsini qeydə alan işçisi ilə danışdıqdan sonra məni haqsız olaraq günahkar kimi qeyd edib protokol yazdı. Bu xoşagəlməz hadisədən sonra, haqsızlıqla, heç bir araşdırma aparmadan məni günahkar hesab etmələri, bir vətəndaş olaraq mənə cox pis təsir etdi və mənəvi sıxıntı yaratmaqdadır. DYP işçisinin Atəşgah sığorta işçisi ilə məsləhətləşərək məni günahkar çıxarmaları tamamilə qanunaziddir və mən bütün aidiyyəti qurumlara şikayət məktubu ünvanlayacam.

Status : Təsdiqlənib

date

12:56 16.11.2018

Atəşgah Sığorta

Nəzərinizə çatdırmaq istərdik ki, "Yol hərəkəti haqqında" Qanunun 84.6-ci maddəsinə əsasən, DYP əməkdaşı aşkar edilmiş yol hərəkəti qaydalarının bütün pozuntularını qeyd etmək, onların dəqiq uçotunu aparmaq, inzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolu tərtib etmək vəzifəsini daşıyır. Bundan əlavə, həmin qanunun 6.6-ci maddəsinə əsasən, vətəndaşin yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliklərindən) inzibati qaydada və məhkəməyə şikayət etmək hüququ vardır.

date

2018-12-03 12:32:21