Şirkətlər üzrə rəylər

Siz bu səhifədə müxtəlif sığorta şirkətlərinə yazılan rəyləri görə bilərsiniz. Həmçinin siz də qiymətləndirə
və şərh yaza bilərsiniz.

Axa Mbask Sığorta

Axa Mbask Sığorta

star +3

Mövzu: Giymətləndirmə .

Avgust ayınin 26 tarixində , başqa sürücünün səhfinnən qəzayə . Mənim avtomobilim 2018 ilin buraxılışı və garantiyada olduğuna görə , CASCO ATA sığortama müraciət elədim . Məndən bütün lazım olan sənədləri əldə elədilər . Düz iki ay mən ofislarinə getdim gəldim . Avtomobilim ilə bağlı ATA Sığortanın əməkdaşı Əmirulla (TOYOTA) servislə əlaqə saxlayıb zəmanət verdiki bəs problemi yoxdu düzəldin maşını . Avtomobilin 4205 AZN xərci var idi . Avtomobili rəsmi qaydada təmir eləyən TOYOTA servis pulun köçürülmədiyinə görə avtomobilimi götürə bilmirdim . ATA sığortada Əmirulladan soruşdumki dəqiq odəniləcək onusta , hələlik öz pulum ilə maşini çixardım sonram siz verərsiz , belə razılaşdıq . Bu gözəl məsələnin ahırıda o olduki ATA sığortadan İMTİNA aldım . Müraciət elədim mənə ziyan vurmuş avtomobilin icbari siğortasına , yəni AXA Mbask . Bütün lazım olan rəsmi sənədlər , şəkillər ... hamısın təqdim elədim . Mənə dedilər - beş min manata kimi ziyan ödənilir , TOYOTA servisdən qiyməti öyrənib sizə ödəniş olunacaq . Lakin bu gözəl nağıl danışmaqları öz yerin yenədə aldı . Mənlə heç bir şəxs əlaqə saxlamadı , 14 iş gün gözlədim . Bu gün zəng elədim , məbim işimə baxan Toğrul adlı şəxs 3000 manat ödəyəcəklərinə razı olmaqın dedi . Onların öz servisi var , və orda bu giymətə olunmağın dedi . Lakin 4205 manata RƏSMİ SERVİS TOYOTA bunu elədi . Xaiş edirəm bu məsələyə ciddi baxılsın .

Status : Təsdiqlənib

date

15:46 05.11.2018

Axa Mbask Sığorta

Hörmətli müştəri, AXA MBASK sığorta şirkətində“Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta” şəhadətnaməsi ilə sığortalanmış avtomobil 26.08.2018-ci il tarixində Sizin idarə etdiyiniz avtomobilə maddi zərər yetirmişdir.Hadisə zamanı AXA MBASK Sığorta Şirkətinin nümayəndəsi hadisə yerində olmuş və hadisəni qeydə almışdır, lakin Siz digər sığorta şirkətinə müraciət etdiniz,sonradan oktyabr ayında Siz AXA MBASK Sığorta Şirkətinə müraciət etdiyiniz zaman avtmobiliniz artıq təmir olunmuşdu. İcbari Sığortalar Haqqında AR-nın Qanunun 16.2. bəndində uyğun olaraq Sizin Toyota RAV 4 markalı avtomobiliniz Group Assist MMC tərəfindən qiymətləndirmə nəticəsində 3000 manat məbləğində müəyyən edilmişdir. Hesablanmış məbləğ artıq avtomobilinizi təmir etdiyiniz üçün bank hesabınıza köçürülə bilər. Nəzərinizə çatdırmaq istərdik ki, müəyyən edilmiş zərər məbləği ilə razı olmadığınız halda, “AXA MBASK” ASC Sizin yazılı razılığınızla dəymiş zərərin sığorta sahəsində yardımçı fəaliyyət göstərən müstəqil ekspert tərəfindən qiymətləndirilməsini təşkil etməyə hazırdır.

date

2018-11-15 15:10:18

Portal administratoru

Hörmətli Müştəri! Rəy bildirdiyinizə görə sizə minnətdarlığımızı bildiririk. Lakin şirkət tərəfindən həyata keçirilən qiymətləndirmə dəymiş zərərə uyğun olduğu üçün qaydalara əsasən, reytinq balını -3 olaraq deyil, 0 olaraq qəbul edirik. Hörmətlə, Azərbaycan Sığortaçılar Assosiasiyası

date

2018-11-15 15:10:18