Şirkətlər üzrə rəylər

Siz bu səhifədə müxtəlif sığorta şirkətlərinə yazılan rəyləri görə bilərsiniz. Həmçinin siz də qiymətləndirə
və şərh yaza bilərsiniz.

Standard Insurance

Standard Insurance

star +1

Mövzu: Süründürməçilik

Salam hörmətli ASA rəhbərliyi, 99DS587 nömrəli avtomobilin sığorta hadisəsi ilə bağlı sözügedən şirkətə avqustun 30-u müraciət etmişəm.Həmin tarixdən 40 gündən çox vaxt keçsə də, bu şirkətin işçiləri məni süründürməklə məşğuldur. Qeyd edim ki gah sənədlərin çatışmazlığını gah da növbənin çoxluğunu əsas gətirirlər. Hələ bir işçi deyir ki kassada pul yoxdur. Əgər ödəmə qabiliyyəti yoxdursa niyə sığorta fəaliyyəti göstərir bu şirkət. Çox maraqlıdır. Əlaqə nömrəm994 55 897 36 80. Mən bütüm yuxarı instansiyalara bu süründürməçilik və fırıldaqçılıqla bağlı şikayət məktubu yollayacam

Status : Həll edilib

date

18:49 11.10.2018

Standard Insurance

Salam, Qeyd olunan işnən bağlı məlumat:21.08.2018 ci il tarixində Qaradağ rayonu ərazisində yol nəqliyyet hadisəsi baş vermişdi. 21.08.2018 il tarixində müştəri şirkətə yaxinlaşmış hadisə barədə müraciət etmişdi. 12.09.2018 ci il tarixində 450 AZN giymətlə razılaşmışdir. DYP orqaninnan forma 4 sənədi 18.09.2018 ci il tarixində şirkətə daxil olmuşdur. 21.09.2018 ci il tarixində iş aktlaşdırılmişdır.15.10.2018 ci il tarixində həmən işnən bağlı ödəniş həyata keçib

date

2018-10-31 15:36:15

Portal administratoru

Hörmətli müştəri! Rəy bildirdiyinizə görə sizə minnətdarlığımızı bildiririk. Qeyd olunan məsələ ilə bağlı artıq sığorta şirkəti ödənişi həyata keçirmişidir. Hörmətlə, Azərbaycan Sığortaçılar Assosiasiyası

date

2018-10-31 15:36:15