preloader gif

“Meqa Sığorta”nın maliyyə durumu bəlli oldu – Gəlirləri azalıb


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sigorta xeberleri, sığorta xəbərləri, siğorta bazari, sığorta bazarı, sigorta sirketleri, sığorta şirkətləri, sigorta, sığorta, sigorta yoxlanisi, sığorta yoxlanışı,meqa sigorta, meqa sığorta
10:34 19.08.2020

“Meqa Sığorta” 2020-ci ilin birinci yarımilliyini 2 milyon 630 min 522 manat xalis mənfəətlə başa vurub ki, bu da illik müqayisədə mənfəətin 15% artması deməkdir. Ötən ilin birinci yarısında “Meqa Sığorta” 2 milyon 283 min 377 manat mənfəət əldə etmişdir.

Banker.az bu barədə sığorta şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.

“Meqa Sığorta”nın bu ilin 6 ayında  cəmi gəlirləri 11 milyon 970 min manat (illik müqayisədə 3% az), cəmi xərcləri isə 8 milyon 682 min manat (illik müqayisədə 8%) təşkil edib.

Cari ilin birinci yarısında sığorta şirkətinin cəmi aktivləri 49 milyon 287 min manat olub ki, bu da ilin əvvəli ilə müqayisədə aktivlərin 11% artması deməkdir. İlin əvvəlində “Meqa Sığorta”nın cəmi aktivləri isə 44 milyon 427 min manat təşkil edib.

Hesabat dövründə “Meqa Sığorta”nın cəmi öhdəlikləri 13% artaraq 20 milyon 324 min manat, cəmi kapitalı isə 10% artaraq 28 milyon 963 min manat olub.

Xatırladaq ki, “Meqa Sığorta” 1998-ci ildən fəaliyyət göstərən BE&G sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 23 milyon manatdır.

Şirkətin səhmlərinin 19%-i Rauf Əliyevə (“Rabitəbank” ASC-nin 30%-lik səhmdarı), 19%-i Nəzakət İsmayılovaya, 19%-i Zaur Quliyevə, 14%-i Yaşar Qurbanova (Direktorlar Şurasının sədri), 10%-i Zeynal Əliyevə, 10%-i Faiq Şahəliyevə (10%), 9%-i isə Yaşar Əliyevə məxsusdur.

Mənbə: Banker.az