preloader gif

Əmək haqqını yaşam sığortasına köçürənlər artır – 22 milyonluq artım


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

14:48 12.06.2020

2020-ci ilin aprel ayında Azərbaycanın 3 həyat sığortası şirkəti tərəfindən könüllü həyat sığortaları üzrə 93 milyon 920 min manat, icbari həyat sığortası üzrə 21 milyon 772 min manat sığorta haqları toplanıb (cəmi 115 milyon 692 min manat).

Banker.az xəbər verir ki, könüllü həyat sığortaları üzrə toplanmış sığorta haqlarının 81 milyon 418 min manatı həyatın yaşam sığortasının (yığım sığortası) payına düşüb. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə həyatın yaşam sığortası üzrə toplanmış sığorta haqları 22 milyon 368 min manat və ya 38% artıb.

Cari ilin yanvar-aprel ayında həyatın yaşam sığortası üzrə sığorta ödənişləri isə 48 milyon 885 min manat təşkil edib. Ötən ilin eyni dövründə bu növ üzrə sığorta ödənişləri 20 milyon 537 min manat təşkil etmişdi.

Mənbə:Banker.az