preloader gif

1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə PAŞA Sığorta uşaqlar üçün xidmətlərini təklif edir


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

16:45 01.06.2020

Uşaqlarımız bizim qurduğumuz gələcək cəmiyyətimizdir. Cəmiyyətimizin sağlam olması üçün də onları sağlam bədəndə və ruhda böyütməyimiz olduqca vacibdir. Uşaqlarımızı maddi və fiziki olaraq bəsləməyimizlə yanaşı mənəvi dəstək göstərmək və sağlam xarakter formalaşdırmalarında kömək etmək də əsas öhdəliklərimiz arasındadır. Övladlarımızın qayğıya, anlayışa və dəstəyə bütün yaşlarda ehtiyacı vardır. Bütün bunları nəzərə alaraq, Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə PAŞA Sığorta şirkəti öz müştərilərinə övladlarının əqli sağlamlığı ilə bağlı ödənişsiz və tam anonim psixoloq məsləhəti aksiyasını təqdim edir.

Belə ki, şirkətimizdə könüllü tibbi sığortası olan hər bir müştərimizin övladına tam təmənnasız uşaqların psixoloji sağlamlığı barədə anonim onlayn psixoloq məsləhəti xidməti təklif edilir. Bu xidmət vasitəsilə sığortası olan hər bir müştərimiz 01-03 iyun tarixləri arasında saat 12:00-dan 16:00-dək öz övladı üçün tam anonim şəkildə psixoloji dəstək ala bilər.

.
Onlayn psixoloq məsləhəti çərçivəsində müştərilərimiz aşağıdakı xidmətlərdən yararlana biləcək:

  • Uşaqların psixoloji durumunun qiymətləndirilməsi,
  • Uşaqların sağlam psixoloji inkişafı üçün məsləhətlərin verilməsi,
  • Uşaqların valideynlərinin bu sahədə istiqamətləndirilməsi
  •  

Xidmətdən aksiya müddətində ödənişsiz olaraq faydalanmaq üçün bütün mobil operatorlardan və şəhər nömrələrindən (+99412) 404 98 58 nömrəsinə zəng edərək əlaqə saxlaya bilərsiniz.

Bundan əlavə, Uşaqların Beynəlxalq Müdafiəsi Günü çərçivəsində  PAŞA Sığorta şirkəti  öz könüllü tibbi sığortası olan müştəriləri üçün övladlarının sağlamlığı barədə həkim-pediatrdan ödənişsiz telefon məsləhəti almaq imkanı da təqdim edir. Bu xidmət vasitəsilə siz aşağıdakı konsultasiyalardan istifadə edə bilərsiniz:

  • Yeni doğulmuş körpələrə düzgün qayğı yolları;
  • Uşaq xəstəliklərinin profilaktik müalicəsi;  
  • Uşaqlara vaxtı-vaxtında peyvəndlərin edilməsi;
  • Yoluxucu xəstəliklərdən qorunma metodları;
  • Ümumi müqavimətin gücləndirilməsi üsulları;
  • Patologiyaların vaxtında aşkar olunması;
  • Laborator və instrumental müayinələrin təhlili və ətraflı izahı

Xidmətdən aksiya müddətində ödənişsiz olaraq faydalanmaq üçün bütün mobil operatorlardan və şəhər nömrələrindən *1103 və ya (+99412) 404 44 99 nömrəsinə 01-03 iyun tarixləri arasında saat 08:00-dan 22:00-dək zəng edə bilərsiniz.

Qeyd edək ki, hər iki aksiya 16 yaşa qədər olan uşaqlar üçün nəzərdə tutulmuşdur.

Xidmət PAŞA Sığortanın tərəfdaşı olan “Sphera health care AZ” şirkəti tərəfindən təmin edilir.

Qeyd etmək istərdik ki, hazırda qeyri həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Mənbə: Fins.az