“BakuBus” MMC avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə xidmətlərin seçiminə dair təkliflər sorğusu elan edib.
Xüsusilə, MMC balansda olan Neoplan, İveco, Mercedes Sprinter markalı avtonəqliyyat vasitələrinin (avtobuslarının və mikro avtobuslarının) və minik avto mobillərini sığortalamağı planlaşdırır.
Sorğuda istirak haqqı 500 manatdır. Tender üzrə təkliflər 2020-ci il mayın 21-dək qəbul olunur.
Tender proseduru mayın 22-də baş tutacaq.
“BakuBus” MMC 2014-cü ilin aprel ayında Nazirlər Kabinetinin qərarı ilə yaradılıb. Bakı şəhərində sərnişinlərə avtobus nəqliyyatı sahəsində beynəlxalq standartlara uyğun xidmətin təşkili, bu sahənin müasir tipli nəqliyyat vasitələri ilə təchiz edilməsi, sərnişindaşımanın yerinə yetirilməsi zamanı texniki və ekoloji baxımdan təhlükəsizliyin təmin olunması əsas məqsədlər olaraq qarşıya qoyulub. “BakuBus” MMC özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərir.
Mənbə: Banker.az