preloader gif

“Amrahbank” və “Atabank” Əmanətlərin Sığortalanması Fondunun reyestrindən çıxarılıb


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

12:57 02.05.2020

Mərkəzi Bankın İdarə Heyətinin aprelin 28-də qəbul etdiyi qərarla “Atabank” ASC və “Amrahbank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyalarının ləğv edilməsi ilə əlaqədar olaraq, 2007-ci il iyulun 30-da 2 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Atabank” ASC və həmin il iyulun 30-da 26 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Amrahbank” ASC bu il mayın 1-dən “Əmanətlərin sığortalanması haqqında” qanunun  22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və banklara verilmiş şəhadətnamə ləğv edilib.

Bu barədə “Report”a Əmanətlərin Sığortalanması Fondundan məlumat verilib.

Əmanətlərin Sığortalanması Fondu “Əmanətlərin Sığortalanması haqqında” 29 dekabr 2006-cı il tarixli Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən iştirakçı bankların bu il mayın 1-nə olan reyestrini ictimaiyyətin diqqətinə çatdırır:

Sıra sayı Reyestr nömrəsi Reyestrə daxil olma tarixi Bankın adı
1 1 30/07/07 ASC "Xalq” Bankı
2 3 30/07/07 "Azərbaycan Beynəlxalq Bankı"ASC
3 4 30/07/07 “ACCESSBANK” QSC
4 6 30/07/07 Bank Melli İran Bakı filialı
5 7 30/07/07 "Azər Türk Bank" ASC
6 9 30/07/07 "Bank of Baku" ASC
7 10 30/07/07 "Bank Respublika" ASC
8 11 30/07/07 "Kapital Bank" ASC
9 13 30/07/07 "AGBank" ASC
10 14 30/07/07 "Muğanbank" ASC
11 15 30/07/07 "Yelo Bank" ASC
12 16 30/07/07 Pakistan Milli Bankının Bakı filialı
13 17 30/07/07 "Rabitəbank" ASC
14 20 30/07/07 "TuranBank" ASC
15 21 30/07/07 "UNİBANK" Kommersiya Bankı” ASC
16 22 30/07/07 “Yapı Kredi Bank Azərbaycan” QSC
17 28 07/08/07 "Expressbank"ASC
18 31 10/09/07 "Azərbaycan Sənaye Bankı" ASC
19 34 10/09/07 "NBC BANK" ASC
20 35 25/10/07 "Günay Bank" ASC
21 36 04/12/07 "Bank Avrasiya" ASC
22 37 04/12/07 "PAŞA Bank" ASC
23 38 29/08/08 "Naxçıvanbank" ASC
24 39 16/01/09 "AFB BANK" ASC
25 40 26/02/09 ASC “Bank VTB (Azərbaycan)”
26 42 28/04/09 “PREMİUM BANK” ASC
27 43 15/04/10 “Bank BTB" ASC
28 45 15/05/15 “Ziraat Bank Azərbaycan” ASC

Mənbə: Report.az