preloader gif

Sentyabrın 30-dək bağlanan banklar tərəfindən mövcud kreditlər restrukturizasiya olunacaq


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sigorta xeberleri, sığorta xəbərləri, siğorta bazari, sığorta bazarı, sigorta sirketleri, sığorta şirkətləri, sigorta, sığorta, sigorta yoxlanisi, sığorta yoxlanışı
14:58 07.09.2020

Bağlanan banklarda qalan sahibkarların aktivlərini reallaşdırılması ilə bağlı Əmanətlərin Sığortalanması Fonduna müraciət edilərək banklarda vəsaiti qalan təşkilatların həmin aktivlərinin çıxarılması yollarının onlarla müzakirə edilməsi tövsiyə olunub.

Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) “APA-Economics”ə verilən məlumata görə, bunu ASK-nın vitse-prezidenti, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev “Turizm və xidmət üzrə iş” komissiyasının iclasında çıxış edərkən deyib.

Onun sözlərinə görə, hazırda banklar tərəfindən mövcud kreditlərin 30 sentyabr tarixinədək restrukturizasiya edildiyini vurğulayıb.

Öz növbəsində, Konfederasiyanın vitse-prezidenti Jalə Hacıyeva banklardakı və BOKT-lardakı problemli kreditlərlə bağlı sahibkarların bankdakı kuratorları ilə məsləhətləşmələr aparmasını təklif edib.

Sonra sahibkarlar bir illik kredit tətillərinin verilməsi və digər dəstək mexanizmləri, o cümlədən “Koronavirus pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”na dəyişikliklərlə bağlı təkliflərini verib.

“DAİR” Hotellər və Restoranlar Assosiasiyasının sədri Samir Dübəndi 15 müddəada (artıq 2 müddəa ləğv edilmişdir) çətin tətbiq edilən qaydaların müəyyən edildiyini deyərək, bununla bağlı ekspertlərin iştirakı ilə yeni qaydaların hazırlanmasını xahiş etmişdir.

Dövlət Turizm Agentliyinin nümayəndəsi Aytən Əlizamanlı “Sahman” proqramının turizm şirkətlərində tətbiqinə dair məlumat verərək, qaydaların təkmilləşdirilməsinin mümkün olduğunu bildirdi.

Görüşün sonunda ASK-nın vitse-prezidenti Vüqar Zeynalovun təklifi ilə sahibkarların banklardakı problemli kreditləri ilə bağlı statistikanı formalaşdırmaq qərara alınıb ki, bununla bağlı mövcud mənzərə tam formalaşdırılsın.

ASK-nın yeni təkliflər paketi formalaşdırılaraq, hökumətə təqdim olunacaq.

 

 

 

Mənbə: Apa.az

SIĞORTANI İNDİ ƏLDƏ ET