preloader gif

PAŞA Sığortadan “Master Sürücü Bonusu” kampaniyası!


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler
10:39 16.09.2022

Avtomobil idarə edərkən tıxaclı, təhlükəli, stressli hərəkət rejimində sürücülər diqqətli olmalı və baş verə biləcək qəza hallarına dərhal reaksiya verməyi bacarmalıdırlar. Hadisənin qaçınılmaz bir həqiqət olduğunu nəzərə alaraq, hər an baş verə biləcək gözlənilməz xərclərdən sığortalanmaq istəyən sürücülərimizə PAŞA Sığorta xüsusi endirimlər təklif edir. Necə deyərlər, “Ehtiyat igidin yaraşığıdır.”

Təcrübəli sürücüləri nəzərə alaraq, PAŞA Sığorta Tam KASKO avtomobil sığortası üzrə “Master Sürücü Bonusu” adlı yeni kampaniya elan edir.

İcbari avtomobil sığortası üzrə 10% və daha çox Bonus Malus endiriminə malik müştərilərə TAM KASKO məhsulu üzrə sığorta haqqına endirimlər tətbiq olunur. Endirim faizləri icbari avto bonus əmsalına əsasən 10% və ya 15% olaraq tətbiq ediləcək. Kampaniya 07.09.2022-07.10.2022 tarixlərində qüvvədə olacaq.

Tam KASKO əldə edən müştərilər hissəvi ödəniş imkanından yararlanaraq avtonəqliyyat hadisəsi, atılmış və ya düşmüş əşya, üçüncü şəxsin qanunazidd hərəkəti, oğurluq, quldurluq, qaçırma və soyğunçuluq, yanğın və partlayış, heyvanların hərəkəti, təbii fəlakət və bir sıra digər risklərə qarşı avtomobilini təminat altına almış olacaqlar.

KASKO sığortasını əldə etmək, həmçinin kampaniya barədə ətraflı məlumat üçün  012 310 22 96 sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya və ya  https://insure.az/     keçidi ilə sayt üzərindən onlayn müraciət edə bilərsiniz. Bununla yanaşı, avtomobilinizin marka/modelini, istehsal tarixini, təqribi bazar dəyərini, sürücülük təcrübənizi, tələb olunan azadolma məbləğini, şəxsiyyət vəsiqənizin və avtomobilinizin qeydiyyat şəhadətnaməsinin şəklini, həmçinin əlaqə nömrənizi mesaj olaraq 055 414 00 02 whatsap nömrəsinə göndərərək Kasko sığorta üçün müraciət edə bilərsiniz.

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “SP Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndi

SIĞORTANI İNDİ ƏLDƏ ET