preloader gif

Taleh Kazımov sığorta şirkətlərinin sədrləri ilə görüşdü: «DAHA SIX İŞLƏYƏCƏYİK»


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler
10:45 24.06.2022

Ölkəni maliyyə bazarlarının meqa requlyatoru - Mərkəzi Bank sığorta şirkətləri ilə daha sıx işləyəcək. Söhbət həm bu sahəyə nəzarətin gücləndirilməsindən, həm də bazar iştirakçılarına dəstəkdən gedir.

FED.az xəbər verir ki, bu gün iyunun 14-də Mərkəzi Bankın sədri Taleh Kazımov ölkənin sığorta şirkətlərinin rəhbərləri ilə görüş keçirib.

Mərkəzi Bank sədri təyinatından sonra sığorta sektoru ilə ikinci kütləvi görüşdə (birinci görüş bir neçə gün əvvəl həyat sığorta şirkətləri ilə olmuşdu – FED.az) ölkədə gedən iqtisadi proseslər və hazırki iqtisadi vəziyyətdə sığorta sektorunun da inkişafı, sığorta bazarının əhatə dairəsinin genişləndirilməsi, bu sahədə sektorda rəqabətin artırılması kimi məsələlər müzakirə edilib.

Bundan başqa, görüşdə, bazara innovativ məhsulların təqdim edilməsi, əhalinin və biznesin sığorta xidmətlərinə çıxışının asanlaşdırılması, sığortaya olan inamın gücləndirilməsi mühzakirə edilib.

Qeyd edək ki, Mərkəzi Bank artıq 3 ilə yaxındır ki, maliyyə bazarlarının bütün sektorlarını, o cümlədən sığorta sektorunu da əhatə etsə də, bu sahə ilə indiyədək sıx işləməyib.

Ölkənin sığorta bazarı indiyədək ənnəvi olaraq digər qurumlar tərəfindən tənzimlənib. 2016-cü ilədək bu sahəyə Maliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Sığorta Nəzarəti xidməti nəzarət edib. 2016-cı ilin fevralında Maliyyə Bazarlarına Nəzarət Palatası yaradıldıqdan sonra Mərkəzi Bankdan alınan bank nəzarəti funksiyası ilə birlikdə sıçğotrta bazarına nəzarət də  Palataya verildi.

Nəhayət, prezident İlham Əliyevin 2019-cu ilin sonunda imzaladığı fərmanla Palata ləğv edilərək onun bütün (o cümlədən sığorta bazarına da) nəzarət və tənzimləmə səlahiyyətləri Mərkəzi Banka qaytarıldı. Amma Mərkəzi Bank bu sahədə ciddi dəyişikliklər etməyə çatdırmadı – 2020-ci ilin əvvəlindən başlayan təqribən 2 ilədək davam edən koronavirus pandemiyanı ölkə iqtisadiyyatının gündəmini və maliyyə bazarlarının prioritetlərini də dəyişdi. Təsadufi deyil ki, sığorta qanunvericiliyinə dəyişikliklərin edilməsi ilə bağlı həm sektordan, həm də tənzimləyici qurumdan ciddi istək olsa da, hələlik bunlar baş verməyib.

Görünür, Mərkəzi Bankın yeni menecmenti sığorta sektoru ilə yaxından işləyəcək – bu artıq ölkə iqtisadiyyatının tələbidir. Pandemiyadan sonra sürətlə özünə gələn iqtisadiyyat, Qarabağın bərpası ilə bütün sahələr kimi sığorta sektoru üçün də açılan yeni böyük bazar, yeni sahələrin, o cümlədən logistikanın inkişafı ilə yeni sığorta məhsullarına tələbatın artması, eləcə də əhalinin ümumi maariflənməsi, biznesin və əhalinin sığorta məhsullarına və keyfiyyətli sığorta xidmətlərinə tələbi artırıb.

Təsadüfi deyil ki, görüşdə çıxış edən Mərkəzi Bankın sədri ölkədə gedin iqtisadi inkişaf, əhalinin rifahı ilə bağlı hədəfləri xatırladaraq bildirib ki, bu vəzifələrin reallaşdırılması üçün sığorta bazarının da genişlənməsi vacibdir. Mərkəzi bank rəhbəri bildirib ki, ölkədə makroiqtisadi sabitlik və ciddi iqtisadi artım tempi əldə edildiyindən sığorta xidmətlərinin də inkişafı üçün əlverişli iqtisadi mühit yaranıb.

Mərkəzi Bankın sədri bildirib ki,  requlyator (yəni AMB) bazar iştirakçıları arasında əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir. 

Taleh Kazımov sığorta sahəsində qanunvericiliyin daha da təkmilləşdirilməsi, bazar iştirakçıları üçün əlverişli rəqəmsallaşma həllərinin təqdim edilməsi və digər sahələrdə görülən işlər barədə məlumat verib. O xüsusi qeyd edib ki, sadalanan istiqamətlərdə veriləcək qərarlardan əvvəl bazar iştirakçıları ilə birgə məsləhətləşmələr aparılacaq və bu məqsədlə mütəmadi görüşlər keçiriləcək.

Sığorta sektorunun son illərdəki yüksək artım templərini vurğulayan T.Kazımov eyni zamanda bazar iştirakçılarının kadr potensialının gücləndirilməsinə, sığorta şirkətlərinin informasiya texnologiyalarının daha da inkişaf etdirilməsinə, institutsional inkişafa investisiya qoyulmasının əhəmiyyətini qeyd etmişdir.

Görüşdə sığorta şirkətlərinin rəhbərləri çıxış edərək ölkədəki iqtisadi inkişaf meyilləri, sığorta bazarının genişləndirilməsi imkanları, sığorta istehlakçılarına göstərilən xidmətlərin keyfiyyətinin artırılması sahəsində görülən işlər, həmçinin, sektorda olan cari problemləri açıqlayıblar.

Rəsmi məlumatda sözügedən problemlər sadalanmasa da, bunlar əksər sığorta şirkətləri üçün problemə çevrilmiş avtomobillər üzrə icbğari sığorta tariflərinin dəyişdirilməsi, sığora mübahisələrinin həlli ilə bağlı maraqlı tərəflərin hüquq və səlahiyyətlərinin daha dəqiq müəyyən edilməsi, sığorta fırıldaqçılığına qarşı daha sərt tədbirlərin görülməsi, daşınmaz əmlakın icbiri sığortası ilə bağlı daha təsirli nəzarət tədbirlərinin həyata keçirilməsidir.

Sığorta bazarında şəffaflığın təmin edilməsi, azad rəqabət mühitinin dəstəklənməsi məqsədilə Mərkəzi Bank, İcbari Sığorta Bürosu, Azərbaycan Sığortaçılar Asossiasiyası, və bazar iştirakçılarının birgə əməkdaşlığının daha da genişləndirilməsi barədə ətraflı fikir mübadiləsi aparıblar.

Yeri gəlmişkən, sığorta bazarında rəqabətin güclənldirilməsi hazırda olduqca vacib məqamdır. Mərkəzi Bankın açıqladığı məlumata görə, 2022-ci ilin ilk 4 ayının nəticələrinə görə, ölkənin sığorta bazarının böyük hissəsi – 67%-i iki sığorta şirkətinin – «Paşa Sığorta» və «Paşa Həyat Sığorta» şirkətlərinin nəzarətindədir. İlk 4 ayda ölkə üzrə toplanan 358 milyon manat sığorta haqqının 245 milyon manatı bu iki şirkət tərəfindən toplanıb.

Ölkənin sırətlə inkişaf edən həyat sığortası bazarında (5 şirkət) «Paşa Həyat Sığorta»nın payı 85%-ə çatıb. Ənənəvi sığorta xidmətləri bazarında isə «Paşa Sığorta» 53% paya malikdir.

Mənbə: Fed.az

SIĞORTANI İNDİ ƏLDƏ ET