preloader gif

Sosial sığorta haqlarında proqnozlaşdırılan artıma aydınlıq gətirilib

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler
15:44 22.06.2022

Cari ilin ilk 5 ayı üzrə qeyri-dövlət sektorunda orta aylıq nominal əmək haqqında əsaslı artımların olması, yeni yaradılmış iş yerlərinin 90%-nin bu sektorun payına düşməsi, qeyri-neft sektoru üzrə ÜDM-in əhəmiyyətli artımla proqnozlaşdırılması nəticəsi kimi Hesablama Palatası qeyri-büdcə sektoru üzrə sosial sığorta gəlirlərinin növbəti aylarda da artım tempinin dayanıqlı olması ilə bu istiqamətdə gəlirlərin artıqlamasıyla icra olunacağı qənaətindədir.

Hesablama Palatasının “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinə verdiyi rəydə əksini tapıb.

Rəydə bildirilib ki, cari ilin I rübü ərzində orta aylıq əmək haqqında artımların baş verməsi, eyni zamanda iqtisadi inkişafın dayanıqlı olması məcburi dövlət sosial sığorta haqqı üzrə ödənişlərin həcminin artımını şərtləndirir. Belə ki, təqdim edilmiş izahata əsasən, cari ilin başa çatmış ilk 5 ayında qeyri-büdcə sektoru üzrə daxil olmuş məcburi dövlət sosial sığorta haqqı 1160,4 mln. manat olub ki, bu da 965,08 mln. manat həddində təsdiq edilmiş proqnoz göstəricisindən 195,31 mln. manat çoxdur.

Qanun layihəsində cari il üzrə qeyri-büdcə sektorundan daxil olacaq sosial sığorta haqqının 227,4 mln. manat (9,3%) artırılaraq 2666,2 mln. manat həddində proqnozlaşdırılması təklif edilir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə göstəricinin ilkin göstərici ilə eynilik təşkil etməsi artımın hüquqi şəxslər üzrə, yəni hüquqi şəxslərdə muzdla işləyən sığortaolunalar üzrə baş verəcəyini göstərir.

Dövlət Vergi Xidmətindən Hesablama Palatasına təqdim edilmiş hesabat məlumatlara əsasən, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin I rübündə fiziki şəxs kimi qeydə alınmış aktiv vergi ödəyicilərinin sayı 4678 nəfər artaraq 111426 nəfər olub.

Eyni zamanda qeyri-büdcə sektoru üzrə 5 ayda layihədə nəzərdə tutulmuş məbləğin 43,5%-i səviyyəsində sosial sığorta haqqının daxil olması, qeyri-neft sektoru üzrə ÜDM-in əhəmiyyətli artımla proqnozlaşdırılması, eləcə də yenidən baxılma zamanı əsaslı xərclərdə, o cümlədən investisiya xərclərində artımın nəzərdə tutulması, həmin xərclərin tərkibində əmək haqqı xərclərinin də olması cari ildə qeyri-büdcə sektoru üzrə sosial sığorta gəlirlərində artım potensialının olmasını deməyə əsas verir.

Mənbə: Fins.az

SIĞORTANI İNDİ ƏLDƏ ET