Azərbaycanla Qətər arasında viza rejimi - LƏĞV OLUNDU

16:39 24.01.2022

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler

Azərbaycanla Qətər arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbindən azad edilməsi haqqında saziş təsdiqlənib.

FED.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb.

Sənədə əsasən, “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Saziş təsdiq edilib.

Qeyd edək ki, Saziş 2021-ci il oktyabrın 18-də Bakı şəhərində imzalanıb.