preloader gif

Qazaxıstanda bankların da fəaliyyəti - DAYANDIRILDI - FOTO


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler
10:28 06.01.2022

Qazaxıstanda bütün maliyyə institutlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Milli Bankın mətbuat katibi Oljas Ramazanov “Xəbər 24” telekanalının efirində bildirib.

“Yanvarın 6-dan bütün ikinci dərəcəli bankların və Qazaxıstan birjasının işi dayandırılacaq”, - Ramazanov qeyd edib.

O bildirib ki, bu barədə qərar Milli Bank və Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyi tərəfindən internetin müvəqqəti sıradan çıxması nəzərə alınmaqla, eləcə də maliyyə qurumlarının əməkdaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə qəbul edilib.

“Sputnik Qazaxıstan” isə yazır ki, “Halyk Bank”ın Nur-Sultandakı filialında böyük növbə yaranıb. Digər banklar bağlandığı üçün insanlar oradan pulları dəstə-dəstə çıxarırlar. İnternet olmadığından mağazalarda nağdsız ödəniş də yoxdur.

Qazaxıstanda bankların da fəaliyyəti dayandırıldı

SIĞORTANI İNDİ ƏLDƏ ET