preloader gif

"Ateshgah Sigorta" işçilər axtarır - VAKANSİYALAR


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler
10:05 27.12.2021

 Son tarix 24 yan 2022 

Namizədə tələblər:

  • Yaş: 21-26 (yeni məzun olanlar müraciət edə bilərlər)

  • İş təcrübəsi: Zəruri deyildir

  • Riyaziyyat, Maliyyə və Statistika sahəsində Ali təhsil

  • Azərbaycan dili (əla),Rus və İngilis dilləri (arzuolunandır)

  • Kompyuter proqramlaşdırılması sahəsində baza biliklərə malik olmaq

  • Microsoft Office proqramlarını bilmək (xüsusilə Excel)

Əsas vəzifə öhdəlikləri:

  • Aktuar hesablamaları üçün lazım olan məlumatların yığılması və təhlil olunması;

  • Zərərlərlə bağlı fayllara nəzarətin həyata keçirilməsi;

  • Uzunmüddətli sığorta müqavilələri üzrə qəbul edilmiş öhdəliklərin və onların maliyyə təminatlarının adekvatlığına nəzarət;

  • Sığorta məhsullarının qüvvədə olduğu müddətdə onlar üzrə riyazi ehtiyatların hesablanması;

  • Sığorta portfelinin optimallığına nəzarət, zərərlilik əmsallarının hesablanması;

  • Underwriterlərdən daxil olan tələblər üzrə lazım olan tariflərin hesablanması;

  • Mövcud portfel  və ayrı-ayrı risk qrupları üzrə orta ölçülü tarifi hesablamaq;

  • Sığorta şəhadətnamələri və onlara edilən əlavələr üzrə sığorta haqlarının alqoritmini hazırlamaq və yoxlamaq;

Şəxsi keyfiyyətlər:

  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi 

  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı

İş şərtləri:

  • Əmək müqaviləsi bağlanılır

  • İş vaxtı 09:00 - 17:30

  • İş günü 5/2  (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)

  • Əmək haqqı : 300 azn -  500 azn+  (əlavə olaraq əmək haqqı artımı namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaqdır) 

Məlumatlandırıcı qeydlər:

  • Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun

  • CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur

  • CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin

  • Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir

  • İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur

  • Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin

  • CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun

  • İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Maraqlananlar öz CV formalarını göndərə bilər - recruiting@ateshgah.com.

Tibbi texniki ekspert

 Son tarix 24 yan 2022 

Namizədə tələblər:

  • Yaş: 23-40

  • Təhsil: Ali və ya orta ixtisas  (tibb təhsili arzuolunandır)

  • İş təcrübəsi: arzuolunandır 

  • Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), İngilis dili (arzuolunandır)

  • MS Office proqramları üzrə biliklər(  Excel əla səviyyədə)

Əsas vəzifə öhdəlikləri:

  • Tibb müəssisələrindən  daxil olan reestrləri və tibbi sənədləri sistemə daxil etmək

  • Tibb müəssisələrindən  daxil olan reestrlərin tibbi-iqtisadi və texniki ekspertizasını həyata keçirmək

  • Hesabatlar tərtib etmək

  • Birbaşa rəhbərin müvafiq tapşırıqlarını yerinə yetirmək

Şəxsi keyfiyyətlər:

  • Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı

  • Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı

  • Təmkinli, stressədavamlı, biznes etikaya riayət etmək bacarığı

  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi

  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacariğı

İş şərtləri:

  • Əmək müqaviləsi bağlanılır

  • İş vaxtı 09:00 - 17:30

  • İş günü 5/2  (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)

  • Əmək haqqı: 400 azn – 500 azn 

  • Şirkət tərəfindən nahar

Məlumatlandırıcı qeydlər:

  • Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun

  • CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur

  • İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

  • Məktubun mövzu bölməsində, vakansiyanın adını MÜTLƏQ qeyd edin

Vakansiya ilə maraqlanan namizədlərdən CV’ lərini mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq  ’’Tibbi  texniki ekspert “ qeyd etmələri xahiş olunur - recruiting@ateshgah.com

SIĞORTANI İNDİ ƏLDƏ ET