preloader gif

Azərbaycanda avtomobillərin icbari sığortasında - YENİLİK - SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler
10:26 23.11.2021

Azərbaycanda avtomobillərin icbari sığortasında bir sıra maraqlı yeniliklər olacaq.

FED.az xəbər verir ki, Milli Məclisində müzakirəyə çıxarılacaq "İcbari sığortalar haqqında" Qanun sürücülərin işini yüngülləşdirməyə imkan verəcək. "İnsurance Consalting Service" MMC (sigortadestek.az) olaraq yenilikləri təqdim edirik.

- Hazırda elektron sığorta müqaviləsini yalnız sığorta şirkətindən almaq mümkündür. Yeniliklərdən sonra sürücülər son 5 il üzrə olan müqaviləsini elektron bazadan çıxara biləcək.

- Əksər hallarda avroprotokol sığorta şirkətləri tərəfindən müəyyən bəhanələr gətirilməklə, tərtib edilmirdi. Əvəzində polisin forma 4 sənədi gözlənilərək vaxt itkisinə səbəb olurdu. Yeni düzəlişlərə əsasən artıq sığorta şirkətinin deyil, hadisə iştirakçılarının qərarına əsasən avroprotokol tərtib edilərək elektron sistemə yüklənəcək. Qeyd edək ki, avroprotokol 1000 manatadək zərər, hadisə iştirakçılarının hadisə barədə razılığı, sağlamlığa zərər dəyməməsi halları olduqda tərtib edilir və polisin forma 4 sənədinə ehtiyac yaranmır.

Göründüyü kimi mövcud vəziyyətə münasibətdə artıq sürücülər müəyyən vaxt itkisindən xilas ola biləcək.

Mənbə: FED.az

SIĞORTANI İNDİ ƏLDƏ ET