preloader gif

Maşında sərnişinə avto mülki məsuliyyət sığortasına görə sığorta ödənişi düşür?

sığorta,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketleri,sığorta şirkətləri
11:04 23.06.2021

Sürücünün yanında sərnişin kimi oturan şəxsə avto mülki məsuliyyət sığortasına görə sığorta ödənişi düşürmü?

Fins.az sığorta eksperti Şükür Hüseynovun cavabını təqdim edir:

- Əgər həmin şəxs qanunvericiliyə görə 3-cü şəxs sayılırsa, sağlamlığına dəyən zərərə görə ona sığorta ödənişi verilməlidir. Üçüncü şəxs dedikdə, sığortalının hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər başa düşülür. Fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquqi varisləri üçüncü şəxs sayılırlar.

Eyni zamanda, sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri, mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan şəxslər üçüncü şəxs hesab olunmur.

Mənbə: Fins.az

SIĞORTANI İNDİ ƏLDƏ ET