08:38 08.04.2019
Əvvəlki sığorta müqaviləsi üzrə sığorta predmetinə (sığorta olunana) münasibətdə sığorta riskləri ilə bağlı heç bir hadisə baş vermədiyi halda növbəti sığorta müqaviləsi üzrə sığorta haqlarının azaldılması, sığorta riskləri ilə bağlı hadisələrin baş verdiyi halda isə sığorta haqlarının artırılması üçün baza tarif dərəcələrinə tətbiq edilən güzəşt-əlavələr sistemi.
Misal:
Avtomobil sahibi 80 manat sığorta haqqı ödəməklə öz mülki məsuliyyətini (icbari sığorta) bir il müddətinə sığorta etdirmiş və həmin müqavilə ilində avtomobillə heç kəsə zərər vurmamışdır.
Bu faktı nəzərə alan sığortaçı növbəti dəfə sığorta müqaviləsi bağlayarkən həmin sürücünün mülki məsuliyyətini sığortalamaq üçün 80 manat deyil, 75 manat sığorta haqqı alır və bildirir ki, hazırkı müqavilə ilində də heç bir sığorta hadisəsinin baş
verməməsi halında növbəti il sığorta haqqı 70 manat olacaqdır. Başqa bir şəxs isə, əksinə əvvəlki sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə avtomobili ilə üçüncü şəxsə zərər vurmuş və sığortaçıdan sığorta ödənişi almışdır. Buna görə də onunla
bağlanan növbəti sığorta müqaviləsində sığorta haqqı əvvəlki ildəkindən 5 manat artıq – 85 manat nəzərdə tutulmuşdur. Müəyyən hallardan asılı olaraq, sığortalıya güzəşt və ya əlavə ödəmələrin tətbiq edildiyi bu cür mexanizm bonus-malus adlanır.
Azərbaycan Mərkəzi Bankı (AMB) avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqının hesablanması qaydalarında dəyişikliklər edib.
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sahəsində Qaydalara dəyişikliklər təsdiqlənib
Sığortaçılar arasında növbəti dəfə “Nə? Harada? Nə zaman?” intellektual yarışması keçirildi
ASA beynəlxalq "İpək Yolu Sığorta Forumu"nda iştirak edib
“CatMod Azərbaycan” seysmik risk modellərinin hazırlanması layihəsi müzakirə edilib
Azərbaycanda “InsurTech” ilə bağlı ilk dərsliyin təqdimat mərasimi keçirildi
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.