preloader gif

Ata Sığortadan "Avtodost" Kasko Sığorta Proqramı


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

Kasko Sığorta Proqramı

ƏSL DOST YOLDA SINANAR

Hər kəs, həyatı boyunca daima arxalana biləcəyi br dosta ehtiyac duyur. Elə bir dosta ki, istənilən anda yanında olsun, bütün problemlərini onunla bölüşə bilsin və ən nəhayət, ona özü kimi inana bilsin. Hər birimizin belə bir dost arzusundayıq və belə dostu olanlara qibtə etməmək mümkün deyil.

Elə isə, hər bir kəsin arzusunda olduğu dostla – Avtodostla tanış olmağa hazır olun!

Avtodost – AtaSığorta-nın bütün müştərilərinə təklif etdiyi yeni kasko sığorta çərçivəsində sizə tamamilə ödənişsiz xidmətlər verməyə hazır olan dostdur. O, sizin dostunuzdur!

 

                            

Ö D Ə N İ Ş S İ Z   X İ D M Ə T L Ə R


Alternativ Avtomobil – Avtomobilinizin təmir müddəti boyunca sizə müvəqqəti avtomobil mütləq lazım olacaq. Avtodostunuz sizi heç vaxt yarı yolda qoymayacaq.
Evakuator – Günün istənilən vaxtında, istənilən yerə gəlib avtomobilinizi təmir nöütəsinə çatdırmağa hazırıq!
Yolda Təmir – Avtomobiliniz varsa, əliniz yağa bulaşmalıdır? Əlbəttə ki, yox. Sadəcə bizə zəng edin!
Texniki Müayinə - Avtomobili saz vəziyyətdə saxlamağın yolu – onu mütəmadi olaraq texniki müayinədən keçirməkdir.
Onlayn məsləhət – Telefonun digər tərəfində sizə hər zaman hüquqi və texniki məsləhət verməyə hazır olan dost, sizin zənginizi gözləyəcək.

 

Avtodost kimlər üçün nəzərdə tutulub?


Avtodost - avtomobilinin istehsal ili 2004-cü ildən bəri və bazar dəyəri 10000 manatdan yuxarı olan fiziki və hüquqi şəxslər üçün nəzərdə tutulub.
 


Avtodost əldə etmək üçün nə qədər ödəməliyəm?


Avtodost əldə etmək istəyən fiziki və hüquqi şəxslər avtomobilin burxaılış ilindən, mühərrikin həcmindən və s. asılı olmayaraq avtomobilin dəyərinin 3.2% -ni ödəməklə Avtodosta sahib olaraq ödənişsiz xidmətlərdən faydalana bilərlər.

 

Alternativ avtomobillər hansı modellərdən ibarətdir?

Sığorta hadisəsi zamanı 10 gün müddətində Hyundai və Kia markalı avtomobillər təqdim olunur.


Evakuator və yolda təmir xidmətindən neçə dəfə istifadə edə bilərəm?

Evakuator və yolda təmir xidməti texniki nasazlıqlar vaxtı il ərzində 3 dəfə çağırıla bilər.


Məhsul barədə ətraflı