building
Şirkət

Meqa Həyat Sığorta

user
Sədr

Ağamalıyev Emil İspəndiyar

user
Lisenziya

SF-0003

briefcase
Vöen

1504764661

map
Ünvan

Əhməd Rəcəbli 19A, AZ1052, Bakı, Azərbaycan

sms
Elektron Ünvan [email protected]

Təsvir

“Meqa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti 17.09.2019-cu il tarixində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır.

19.02.2021-ci il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən “Meqa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinə həyat sığortası üzrə sığorta fəaliyyəti göstərməyə icazə verən SF-0003 nömrəli lisenziya verilmişdir.

Şirkət 09.03.2021-ci il tarixində İcbari Sığorta Bürosunun iştirakçı sığortaçıları reyestrinə daxil edilmiş, 12.03.2021-ci il tarixində isə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növü üzrə fəaliyyət göstərmək icazəsi verilmişdir.

26.05.2021-ci il tarixində “Meqa Həyat Sığorta” ASC Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun ipoteka kreditləşməsi üzrə müvəkkil sığortaçılar siyahısına daxil edilmişdir.

“Meqa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalı 11 000 000 manat təşkil edir və şirkətin təsisçisi 100% payla “Meqa Sığorta” ASC-dir.

Şirkət rəyləri

Mövzu: Ela

star

Ela

Status : Təsdiqlənib

date

22:36 21.06.2022